Əsas Səhifə > Güney Press > “Bəzi müğənnilər özlərini göstərmək üçün xaricə gedir!”

“Bəzi müğənnilər özlərini göstərmək üçün xaricə gedir!”


Bu gün, 17:51

İyulun 25-dən etibarən Məhərrəm ayı başlayır. Bu dövr adətən toy mərasimlərinin keçirilmədiyi, şənliklərin azaldığı bir zamana təsadüf edir. El şənliklərinə ara verildiyi üçün bir çox müğənni bu fürsətdən istifadə edərək istirahətə yollanır. Bəziləri bölgələrdə dincəlməyi üstün tutur, bəziləri isə xarici ölkələrə üz tutur. Son dövrlərdə qiymətlərin həm ölkə daxilində, həm də xaricdə yüksək olması isə builki istirahət planlarına da təsir göstərib.

Yenisabah.az tanınmış ifaçılarla əlaqə saxlayaraq onların yay tətili planları, qiymətlərə baxışı və istirahət tərzləri barədə maraqlı fikirlərini öyrənib.

Nüşabə Ələsgərli

Sözün düzü, həmişə Türkiyəyə, Avropaya filan gedirdik. Həm uşaqların yanına həm də gəzməyə. Amma indi dünyada vəziyyət kritikdir. Özümüzü təhlükəyə atmaq düşünürəm ki, yersizdir. Ona görə də bu yayı Azərbaycanımızın bölgələrində keçirəcəyik. Qiymətlər də bizi narahat etmir. Çünki adətən şimal zonasına gedirik və Şəki, Qax, Balakəndə qohumlarımız çoxdur. Ona görə hotelə ehtiyac olmur. Gedəndə də üç ya dörd gün dincəlib, geri qayıdırıq.

Ofeliya Şabanova

Xaricə getməyə vaxtım yoxdur deyə, bölgələrimizdə istirahət edəcəm. Yəqin ki, Zaqatala və Balakəndə olacam. Qiymətlər çox baha olsa da, yerli bölgələrimizdə dincəlməyi daha üstün tuturam. Xaricə getməyi düşünmürəm. Ondansa gedib, dağlıq zonalarımızı gəzərəm. Xaricə də bəzi müğənillər özlərini göstərmək üçün gedirlər. Camaat desin ki, ay da bu xaricdə dincəlir. Məsələn, Tovuz, Qəbələ, Zaqatala, Balakən nəyə desəz dəyir.

Nuran

Tətil planlaşdırırıq. İyul ayında heç bir layihəmiz olmayacaq deyə ilk 10 günü istirahətə həsr edəcəyik. Sonra avqustun sonuna kimi studiyada olacağıq və yeni mahnılar üzərində işləyəcəyik. Avqust ayında yay festivallarında olacağıq. İstirahət üçün isə Bodruma gedəcəyik. Bölgələrdə qiymətlər də normaldır, sadəcə sənət dostlarımızla birlikdə Bodrumda tətil planlaşdırmışıq. İstirahət günlərimizi dənizə görə və dostlarımızla bir arada olaq deyə, orada dəyərləndirəcəyik.

Damla

Heç bir tətil planımız yoxdur. Oğlum Amerikada təhsil alır. Vətəndə olacağıq.

Bahar Lətifqızı

Hələ ki, heç bir tətil planımız yoxdur. İstirahət haqqında düşünsək belə, Azərbaycanda olacağıq.


Geri qayıt