Əsas Səhifə > Güney Press > Nəbatat Bağında 5,6 milyona turniketlər quraşdırılacaq
Nəbatat Bağında 5,6 milyona turniketlər quraşdırılacaqDünən, 18:01 |
“Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsi turniketlərin quraşdırılması və onların bir il müddətində texniki xidmətini əhatə edən iri məbləğli satınalma prosedurunu yekunlaşdırıb. FED.az xəbər verir ki, dövlət satınalmaları portalında yerləşdirilən məlumata görə, keçirilmiş açıq tenderin qalibi “iTicket Production” MMC (VÖEN: 1702333811) seçilib. Qalib şirkətlə bağlanacaq müqavilənin ümumi dəyəri 5.684.414 manat təşkil edir. Layihə çərçivəsində Mərkəzi Nəbatat Bağının giriş-çıxış sisteminin müasir turniketlərlə təchiz olunması, həmçinin avadanlıqların bir il müddətində texniki servislə təmin edilməsi nəzərdə tutulur. Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil). Qeyd edək ki, “iTicket Production” MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Şıxsəid Qurbanov Qurban oğludur. Hüquqi ünvanı AZ1095, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 22, mənzil 13 ünvanında yerləşir. Geri qayıt |