Əsas Səhifə > Güney Press > "Niyə şose yola çıxan kimi hamı sürəti artırır?"

"Niyə şose yola çıxan kimi hamı sürəti artırır?"


Bu gün, 11:47

Rəqqasə Rəna Ağamuradova (Renka) qəzalı vəziyyət yaradan sürücülərdən şikayətçidir.

Musavat.com xəbər verir ki, rəqqasə bu haqda sosial mediada yazıb.

O bildirib ki, ötən gecə bir neçə qəzanın şahidi olub:

“Dünən evə gedənə qədər iki qəzanın şahidi oldum. Niyə şose yola çıxan kimi hamı sürəti artırır? Tez sürən maşınlara da yol vermirlər ki, keçsinlər. Anlaya bilmirəm. Məsafə saxlamırlar, ona görə də qəza törədirlər".

Qeyd edək ki, Renka bir müddət öncə də sürücülərdən şikayətçi olmuşdu. O bildirmişdi ki, bəzi sürücülərə görə şəhərdə motosiklet idarə edə bilmir.


Geri qayıt