Əsas Səhifə > Güney Press > Təbriz yaxınlığında məhv edilən ballistik raket zavodunun görüntüləri yayıldı

Təbriz yaxınlığında məhv edilən ballistik raket zavodunun görüntüləri yayıldı


Dünən, 18:07

İsrailin zərbələri İranın şimal-qərbində - Təbriz yaxınlığındakı raket zavodu və raket bazasındakı binalara ciddi ziyan vurub.

Musavat.com xəbər verir ki, məlumatı CNN “Maxar Technologies”in peyk görüntülərinə istinadən yayıb.

İyunun 17-nə aid görüntülər zərbələrin yerüstü raket anbarlarını və zavod binalarını tamamilə məhv etdiyini, bazadakı yollarda böyük kraterlərin yarandığını göstərir. Yeraltına gedən nəqliyyat tunelləri də zədələnib.

Təbriz yaxınlığındakı zavod “Emad” və “Qədr” adlı ballistik raketlərin istehsalını həyata keçirirdi. Onun məhv edilməsi İranın ballistik raket istehsalında böyük geriləməyə səbəb olacaq.

Bundan əlavə, israillilər İranın şimal-şərqindəki Məşhəd Beynəlxalq Hava Limanında İrana məxsus yanacaq dolduran təyyarəni məhv etməyə müvəffəq olublar.

“The Times of Israel” qəzeti yazıb ki, bu gün səhər İsrail Hərbi Hava Qüvvələri İranın qərbində 40-a yaxın hədəfə, o cümlədən İsrail ərazisinə, raket anbarlarına və düşmənin şəxsi heyətinə istiqamətlənmiş raketlərə hücum edib. Reydlərdə 25 israilli döyüşçü iştirak edib.



Geri qayıt