Əsas Səhifə > Güney Press > İsrail ordusu Tehranda İranın daxili təhlükəsizlik sisteminin qərargahına zərbə endirib

İsrail ordusu Tehranda İranın daxili təhlükəsizlik sisteminin qərargahına zərbə endirib


Dünən, 17:45

İsrail Hərbi Hava Qüvvələrinin Tehrana endirdiyi son zərbələrin hədəfi İranın daxili təhlükəsizlik sisteminin qərargahı olub.

APA xəbər verir ki, bununla bağlı İsrailin müdafiə naziri İsrael Katz özünün “X” hesabında paylaşım edib.

“Tornado tufanı Tehranı vurmağa davam edir. Hərbi Hava Qüvvələri elə indicə İran rejiminin daxili təhlükəsizlik sisteminin qərargahını vurub”, - Katz paylaşımında bildirib.


Geri qayıt