Əsas Səhifə > Güney Press > Paşinyanın Türkiyəyə səfəri İranla əlaqəli ola bilər
Paşinyanın Türkiyəyə səfəri İranla əlaqəli ola bilərBu gün, 12:28 |
Ermənistanın baş naziri Nikol Paşinyanın iyunun 20-də Türkiyəyə rəsmi səfəri gözlənilir. Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq. Görüş zamanı Azərbaycan-Ermənistan sülh sazişi, həmçinin Türkiyə-Ermənistan münasibətlərinin müzakirə ediləcəyi bildirilir. Səfərlə bağlı iki mühüm diqqətçəkən məqam var. Birincisi Paşinyanın Türkiyəyə səfəri Prezident İlham Əliyevin Kahramanmaraşa səfəri ərəfəsində baş tutuacaq. Həmçinin Paşinyan-Ərdoğan görüşü regionda gedən proseslər fonunda xüsusilə diqqət çəkir və tərəflər arasında bir sıra vacib məsələlərin müzakirə olunacağı bildirilir. Siyasi şərhçi Elxan Şahinoğlu Modern.az-a açıqlamasına bildirib ki, Paşinyanın yaxın günlərdə Türkiyəyə səfər edəcəyi xəbərinin yayılması İran ətrafında baş verən hadisələrlə əlaqəli ola bilər”. “Nikol Paşinyan İranda mümkün rejim dəyişikliyindən sonra Tehranla münasibətləri əvvəlki səviyyədə saxlaya bilməyəcəyindən ehtiyat edir. Ermənistanın baş naziri belə vəziyyətdə və Azərbaycanla sülh sazişinin imzalanmasının ləngiməsi fonunda heç olmazsa Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır. O, Ankarada Türkiyə Cumhurbaşkanı Rəcəb Tayyib Ərdoğanla iki ölkə arasında münasibətlərlə yanaşı Ermənistan-Azərbaycan danışıqlarının hazırki vəziyyətini də müzakirə etmək istəyir”. Siyasi şərhçi onu da əlavə edib ki, Paşinyan Ankara sülh sazişinin imzalanması məqsədilə Bakının mövqeyinə təsir edəcəyinə ümid edir. Halbuki, Ankaranın Ermənistanla bağlı siyasətində dəyişən heç nə yoxdur", - deyə E.Şahinoğlu vurğulayıb. Geri qayıt |