Əsas Səhifə > Güney Press > ABŞ hələ də inanır ki...
ABŞ hələ də inanır ki...Bu gün, 07:26 |
Amerika rəsmiləri hesab edirlər ki, yaxın 24-48 saat İran ətrafındakı vəziyyət üçün həlledici olacaq, çünki bu müddət ərzində Vaşinqton İsrailin hərbi əməliyyatlarına qoşulmaqla bağlı qərar verilə bilər. “Report” xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb. Qeyd olunub ki, bu müddət ərzində Vaşinqton İranla münaqişənin diplomatik yollarla həllinin mümkün olub-olmaması və ya ABŞ prezidenti Donald Trampın hərbi əməliyyatlara əl atacağına qərar verə bilər. Telekanalın mənbələrinin bildirdiyinə görə, ABŞ hələ də Tehranı danışıqlar masasına qaytara və uranın zənginləşdirilməsindən tam imtinanı nəzərdə tutan sazişi imzalamağa məcbur edə biləcəyinə inanır. Qeyd edək ki, cari ilin aprelindən İran və ABŞ Omanın vasitəçiliyi ilə Tehranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün dolayı danışıqlar aparır. Yeni razılaşma əldə etmək üçün edilən bir neçə cəhddən sonra uranın zənginləşdirilməsi ilə bağlı fikir ayrılıqları səbəbindən məsləhətləşmələr nəticəsiz qalıb. İki ölkənin nümayəndə heyətləri arasında danışıqların altıncı raundu iyunun 15-də Maskatda keçirilməli idi, lakin İsrailin İrana hücumundan sonra məsləhətləşmələr ləğv edilib. Geri qayıt |