Əsas Səhifə > Güney Press > Çin İrana nəqliyyat təyyarələri göndərib
Çin İrana nəqliyyat təyyarələri göndəribBu gün, 07:09 |
Çin Xalq Respublikası ən azı üç ədəd "Boeing 747" tipli nəqliyyat təyyarəsini İran ərazisinə göndərib. Məlumata görə, bu təyyarələr İranın İsraillə müharibəsi zamanı ehtiyac duyduğu silah və hərbi texnikanın daşınması üçün istifadə oluna bilər. Qeyd olunur ki, hava gəmiləri əvvəlcə Çinin şimal hissəsindən keçərək Qazaxıstanla sərhədi aşıb, daha sonra Özbəkistan və Türkmənistan üzərindən İran istiqamətində hərəkət edib və İran hava məkanına yaxınlaşarkən radarlardan itib. Geri qayıt |