Əsas Səhifə > Güney Press > "İran parçalanma ərəfəsindədir və bu qaçılmazdır"

"İran parçalanma ərəfəsindədir və bu qaçılmazdır"


Dünən, 16:00

"İran İsrailə saldırmaqla sonunu gətirmək üzrədir. İran parçalanma ərəfəsindədir və bu qaçılmazdır. Azərbaycan və Türkiyə vəziyyətdən yararlanaraq öz çıxarlarını müəyyən etməlidir".
 
Bunu "Sherg.az"a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.
 
Ekspert bildirib ki, artıq İranın kürd toplumu öz hazırlıqlarını görüb:
"İran hakimiyyəti idarətetmə konrtolunu itirdiyi andan kürdlər təşkilatlanmış şəkildə hərbi-siyasi müstəvidə ortaya çıxmağa hazırdılar. Türkiyə Güney Azərbaycan və İran türkləri ilə bağlı "yol xəritəsi" hazırlamalıdır və "X" günü gəldikdə və İran hakimiyyəti kontrolu itirdiyi andan etibarən bütün dünyaya elan edərək Təbrizə,Urmiyaya və Zəncana ordu yeritməlidir.Layiq Türkiyə dövlət quruluşuna İran xalqıının özəl bir simpatiyası vardır və türkiyənin müdaxiləsi güclü dəstək alacaq. Şiə-sünnülük saçmalıqlarını bir yana buraxaraq, türk kimliyini önə sürmək ən doğru yoldur. İranın sonu gəlib, İsrailin hərbi uçaqları heç bir maneə görmədən İran hava məkanında həm kəşfiyyat uçuşları edir, həm də hərbi obyektləri nöqtə atışı ilə bir-birinin ardınca məhv edirlər. İranın havadan müdafiə sistemi tamamilə çöküb, daha doğrusu İsrailin müasir silahları qarşısında acizdir. Bu gedişlə hərbi toqquşma bir aya qədər davam edərsə İran dirəniş göstərə biılməyəcək. Bütün enerji qaynaqları vurulacaq, toplum ayaqlanacaq və iç savaş çıxacaq. Türkiyə gec davranarsa, İran kürdləri türklər yaşayan ərazilərin böyük hissəsində öz milli qurumlarını yaradacaqlar. Türkiyə gecikməməli, fürsəti əldən verməməlidir".
 
V.Əfəndiyev qeyd edib ki, İran rəsmilərinin ağlı çatarsa, durmadan Türkiyə ilə əlaqəyə girərək İranın bölünməməsi üçün türk ordusunun bölgəyə sabitliyi qorumaq üçün gəlməsi barədə danışıqlara başlamalıdır:
"Türk ordusu İrana girdikdən sonra isə o ayrı məsələdir və yapılacağını ordakı durum müəyyən edəcək. İranın sonu gəldi, bitdi artıq. İran adlı bir dövlət xəritədən silinəcək. İslamçılar İranda hakimiyyətə gəldikdən bu günə qədər "İsraili dünya xəritəsindən siləcəkləri" barədə axmaq bəyanatları öz başlarında sınacaq. Bəluclar və kürdlər ilk olaraq milli muxtariyyatlarını elan edəcəklər və yaxın on illiklərdə dövlətlərini qura bilərlər. Yerdə qalan şiə türklər başqa şiə etnoslarla iç-içə girmələrinə baxmayaraq, kritik dönəmlərdə məzhəb bağları da qopa bilər və qopmalıdır. Çünki, toplumun mal güvənliyi, can güvənliyi, ailə güvənliyi hər şeydən öndə gəlir. Necə ki, IX əsrdə əməvilərin islamı yayarkən və 500 il öncə iranlıların basqınları ilə Şimali Azərbaycanın sünni əhalisinin bir qismi şiəliyi qəbul edərkən məhz can və mal güvənliyi üçün imanlarını dəyişməyə məcbur olublar. İç savaş çıxdıqdan sonra İranda yaşayan türklərin Türkiyəyə güvənməkdən başqa seçimi qalmayacaq. Millətimizin Vəhdəti və birliyi üçün xeyirli olsun".

Geri qayıt