Əsas Səhifə > Güney Press > Ermənistan və Hindistan Tehrandan hindistanlı tələbələrin təxliyəsini müzakirə edib
Ermənistan və Hindistan Tehrandan hindistanlı tələbələrin təxliyəsini müzakirə edibBu gün, 12:57 |
Ermənistan və Hindistanın xarici işlər nazirləri Ararat Mirzoyan və Subramanyam Cayşankar hindistanlı tələbələrin təxliyəsi məsələsini müzakirə ediblər. “Report” xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan “X” sosial şəbəkəsində yazıb. "Ermənistan və Hindistanın xarici işlər nazirləri hindistanlı tələbələrin İrandan Ermənistan ərazisi ilə təxliyəsi imkanını müzakirə ediblər. Ermənistan müvafiq yardım göstərib", - o bildirib. “Hindustan Times” qəzeti Hindistan XİN-ə istinadən xəbər verib ki, Tehranda olan hindistanlı tələbələr şəhərdən çıxarılıb. Geri qayıt |