Əsas Səhifə > Güney Press > İranla müharibə İsrailə gündəlik 725 milyon dollara başa gəlir
İranla müharibə İsrailə gündəlik 725 milyon dollara başa gəlirBu gün, 09:53 |
İranla müharibə İsrailə gündəlik təxminən 2,75 milyard şekelə və ya 725 milyon dollara başa gəlir. Teleqraf CNN-ə istinadən xəbər verir ki, qırıcı təyyarələrin İran üzərindən davamlı döyüş əməliyyatları icra etmələri və ya raketlərin zərərsizləşdirilməsi kifayət qədər maliyyə tələb edir. "Aaron" İqtisadi Siyasət İnstitutuna görə, münaqişə bir ay davam edətsə, dəyərini 40 milyard şekel və ya 11 milyard dollar təşkil edəcək. İrana gəlincə, əgər apreldə ölkədə inflyasiya 33 faiz idisə və rial dollara nisbətdə 843 minə düşmüşdüsə, son 3 gündə rial dollara nisbətdə 1 milyon riala qədər ucuzşlaşıb. Geri qayıt |