Bu sözləri İsrailin təhlükəsizlik üzrə nümayəndəsi "The Times of Israel" xəbər saytına müsahibəsində dilə gətirib. O vurğulayıb ki, bu əməliyyatdan ötrü İran ərazisində, paytaxt Tehranın yaxınlığında gizli pilotsuz uçuş aparatı (PUA) bazası tikilib, eyni zamanda, müxtəlif nöqtələrə silah sistemləri köçürülüb.
"Bu əməliyyat İsrail Ordusu ilə xarici kəşfiyyat xidməti "Mossad"ın sıx əməkdaşlıq nəticəsində həyata keçirilib. İran ərazisində saxlanan PUA-lar gecə saatlarında işə salınaraq, İsraili hədəfə alan yer-yer tipli raket buraxılış sistemləri zərərsizləşdirilib. İrana daşınmış silah sistemləri isə bu ölkənin hava hücumundan müdafiə sistemini sıradan çıxararaq, İsrailin hərbi təyyarələrinə hərəkət azadlığı verib. Bu hazırlıqlar İran kəşfiyyatı tərəfindən aşkarlanmayıb", - sayt yazır.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus 200-dən çox təyyarə bu gün səhər saatlarında İrana genişmiqyaslı aviazərbələr endirib. Əməliyyat nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri, İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami və "Xətam Əl-Ənbiya" qoşunlarının komandiri Qulam Əli Rəşid, habelə başqaları həyatlarını itiriblər. İran Ordusu bu hücuma cavabən İsrail ərazisinə 100-dən çox pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirməyə cəhd göstərib.
AzVision.az