Əsas Səhifə > Güney Press > MN-dəki milyonluq mənimsəmə ilə bağlı məhkəmədə əmlaklara qoyulan
MN-dəki milyonluq mənimsəmə ilə bağlı məhkəmədə əmlaklara qoyulanDünən, 10:26 |
Müdafiə Nazirliyində milyonluq mənimsəmə işi üzrə məhkəmə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Cəlal Kazımovun vəkili Əli Adıgözəlov müvəkkilinin əmlaklarına qoyulmuş həbslə bağlı apellyasiya şikayətini müdafiə edib. Əmlaklara qoyulmuş həbs O, müvəkkilinin ailə üzvlərinin əmlaklarına qoyulan həbsin götürülməsini istəyib: “Biz bununla bağlı apellyasiya şikayəti vermişik. Təmin olunmasını istəyirik. Bakı Hərbi Məhkəməsinin qərarı əsassızdır. Sənədlər təqdim etsək də, nəzərə alınmadı. Hətta Cəlal Kazımovun qızı Aytən Niftəlizadəyə qayınanası tərəfindən alınan əmlaka həbs qoyulub. Bununla yanaşı, Cəlal Kazımovun həyat yoldaşı Nüşabə Kazımovanın, oğlu Emin Kazımzadənin əmlaklarına həbs qoyulub. Emin Kazımzadənin əmisinin ona bağışladığı əmlaka belə həbs qoyulub. Məhkəmədən şikayətin təmin olunmasını xahiş edirik”. Məhkəmənin növbəti iclası iyunun 30-da keçiriləcək. Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Geri qayıt |