Əsas Səhifə > Güney Press > “VVAFT Coffee” MMC-yə maliyyə sanksiyası tətbiq edilib
“VVAFT Coffee” MMC-yə maliyyə sanksiyası tətbiq edilibDünən, 00:07 |
“VVAFT Coffee” Məhdud Məsuliyyətli Cəmiyyətinə Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. 32gun.az-ın məlumatına görə, bu barədə Operativ vergi nəzarəti çərçivəsində tərtib olunmuş akta əsasən qərar verilib. Qeyd edək ki, “VVAFT Coffee” MMC-nin qanuni təmsilçisi SAEID NAKHJAVANI-dır. Şirkətin nizamnamə kapitalı 100 manat təşkil edir. Əldə etdiyimiz məlumata görə, SAEID NAKHJAVANI bundan əvvəl uzun müddət “Baku Electronics” mağazalar şəbəkəsində general menecer vəzifəsində çalışıb. Geri qayıt |