Əsas Səhifə > Güney Press > Dövlət qurumu 9 000 qış gödəkçəsi alır

Dövlət qurumu 9 000 qış gödəkçəsi alır


Bu gün, 04:14

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Təsərrüfat hesablı Təchizat və İstehsalat İdarəsi açıq tender elan edir.

"DİA-AZ" xəbər verir ki, elanda məktəbli üçün isti qış üst geyimlərinin (gödəkçələrin) satın alınması nəzərdə tutulub.

Tender çərçivəsində məktəblilər üçün ümumilikdə 9 000 ədəd isti qış üst geyimi (gödəkçə) alınır. Bu geyimlərin 4 500 ədədi qız uşaqları, 4 500 ədədi isə oğlan uşaqları üçün nəzərdə tutulub.

Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir.

Satınalan təşkilatın VÖEN-i: 1500298211

Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129

Ehtimal olunan qiymət: 360.600,00 AZN

Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 18.06.2025 17:30

Zərflərin açılış tarixi və vaxtı: 18.06.2025 17:30

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Cəfərli Xalid, rəis müavini

Email : [email protected]

Əlaqə telefonnu: +994 99 559 00 12 (21)


Geri qayıt