Əsas Səhifə > Güney Press / Partiya > "Kilsə xalqın adı ilə xarici dövlətlərin siyasi alətinə çevirib"

"Kilsə xalqın adı ilə xarici dövlətlərin siyasi alətinə çevirib"


Bu gün, 03:27

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkə hakimiyyəti kilsəni xalqa qaytarmalıdır.
Baş nazir bunu "Facebook" hesabında yazıb:
Paşinyan qeyd edib ki, dövlət (hakimiyyət) xalqın mülkiyyətidir. Kilsə xalqın mülkiyyətidir. Biz dövləti (hakimiyyəti) xalqımıza qaytarmışıq. Kilsəni də xalqımıza qaytarmalıyıq.
Siyasi şərhçi Tural İrfan Sherg.az-a bildirib ki, erməni apostol kilsəsinin fəaliyyəti, siyasətə müdaxiləsi, hətta üsyanlara başçılıq etməsi Baş nazir Nikol Paşinyan tərəfindən mənfi qarşılanır və hökumət bunun qarşısını almaq üçün yollar düşünür:
“Kilsə xalqın adı ilə xarici dövlətlərin siyasi alətinə çevirib. Siyasi maraqlı dairələrin Ermənistanda hakimiyyəti dəyişmək kimi maraqlarına kilsə alətlik edir. Paşinyan ermənilərin katolikosu II Qarageni dəyişməyi planlaşdırır. Baş nazir demək istəyir ki, Ermənistan hakimiyyəti heç zaman müstəqil olmayıb, gah Rusiyanın, gah da Qərbin alətinə çevrilib. Ancaq indi o hesab edir ki, guya dövləti xalqa qaytarıb. Fəqət onu da etiraf edib ki, hətta kilsə də xalqın olmayıb. Kilsənin fitnə, terror yuvası olması çox doğrudur. Azərbaycana, Türk millətinə qarşı soyqırımı aktlarının planı kilsədə cızılıb. Hazırda Ermənistanda din - dövlət münasibətlərinin gərginliyi onu göstərir ki, bu sahədə problemlər və xarici müdaxilələr var. Fransanın, Rusiyanın və hətta ABŞ-nin agenturasının kilsəyə doluşması mübarizəni daha da alovlandıracaq. Lakin sonra Paşinyanın maraqları nisbi də olsa təmin olunacaq. Azərbaycanla sülhə də kilsənin ciddi maneələri var. "Böyük Ermənistan" xülyası da kilsənin planı idi. Amma Paşinyan bunun əvəzində "Real Ermənistan" ideyasını ortaya qoyur və qanuni sərhədlər çərçivəsində sabit dövləti saxlamağın vacib olduğunu vurğulayır. Kilsənin ideoloji xətti ilə hökumətin siyasəti ziddir. Düşünürəm ki, Baş nazir xalqın da dəstəyini alaraq kilsəni tabe edəcək”.

Geri qayıt