Əsas Səhifə > Güney Press > “Paşinyanın təbriki acizlik kimi qəbul ediləcək”
“Paşinyanın təbriki acizlik kimi qəbul ediləcək”Bu gün, 12:16 |
Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan xalqını Qurban Bayramı münasibəti ilə təbrik etməsi yerli müxalifəti bərk qıcıqlandırıb. Tribunainfo.az xəbər verir ki, erməni müxalifəti Paşinyanı kəskin tənqid edərək, onu acizlikdə və Azərbaycana işləməkdə ittiham ediblər. Jurnalist Voskan Sarkisyan isə yazıb ki, bu təbrik məsələsi məntiqsiz addımdır. “Əgər Azərbaycanla sülh müqaviləsi imzalansaydı, erməni əsirlər geri qaytarılsaydı, sərhədlərin demarkasiyası həyata keçirilsəydi, iki ölkə arasında problemlər həll olunsaydı, bu təbriki başa düşmək olardı. İndiki vəziyyətdə Nikolun təbriki Azərbaycanda zəiflik kimi qəbul ediləcək”. Geri qayıt |