Əsas Səhifə > Güney Press / Partiya > Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı
Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdıDünən, 06:08 |
Bildirilir ki, 9 fevral 1993-cü il tarixində o vaxtkı AXC İcraiyyə Komitəsi S.Hüseynov haqda sərt bəyanat verərək, onu bir çox məsələdə günahlandırıb. Sonradan isə hakimiyyət onunla bağlı yumşaq mövqe seçdi. Bu bəyanat bir növ öz təsirini itirmiş oldu. Globalinfo.az dünən bu mövzuya toxunub. Məsələnin mahiyyətini daha dərindən araşdırmaq üçün AXC İcraiyyə Komitənin sabiq sədri, keçmiş deputat Fərəc Quliyevlə əlaqə saxlayıb. O, bəyanatın geri oxunmadığını bildirib: “Azər Ayxanın da dediyi kimi, bəyanatda çağırış var idi. Amma bəyanata əməl olunmaq əvəzinə, Surət Hüseynova başqa vəzifə verildi. Əslində, çevriliş Surət Hüseynova güzəşt edilməklə baş tutdu. Bəyanat doğru verilmişdi. 32 il keçməsinə baxmayaraq hələ də aktuallığını saxlayır”. F.Quliyev zamanında sərt addımlar atılmalı olduğunu vurğulayıb: “Çünki bu, Rusiyanın işi idi. Zaman da göstərdi ki, əgər bu, həqiqətən də vəzifə davası olsaydı, Surət Heydər Əliyev tərəfindən baş nazir təyin olunmazdı. 1994-cü ildə yenə çevrilişə cəhd oldu. Deməli, doğrudan da bu, kreslo davası deyildi. Bütün hallarda sərt addımlar atılmalı idi. Çünki sərt tədbir görülmüş olsaydı, qiyamın qarşısını almaq mümkün idi”. Sabiq millət vəkili sonda onu da qeyd edib ki, çevrilişin nəticəsi olaraq Azərbaycan 6 rayonunu itirdi: “Azərbaycan Ordusu Xankəndinin 7 kilometrliyində dayanmışdı. Biz o rayonları hansı halda qaytardıq? Bütövlükdə yerində olan rayonlar itirildi, amma daşı daş üstündə olmayan rayonlar qaytarıldı. Ona görə də ölkədə belə halların təkrarlanmaması üçün xalqın birliyinə ciddi şəkildə ehtiyac var”. Geri qayıt |