Əsas Səhifə > Güney Press > Azərbaycana keçən yeniyetmə ermənilərin fotosu yayıldı

Azərbaycana keçən yeniyetmə ermənilərin fotosu yayıldı


Bu gün, 01:06

Dünən gecə azaraq Azərbaycan ərazisinə keçən və bu gün geri qaytarılan Karen Changiryan və Andrey Qyaquntsın sağlamlıqları yerindədir.

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, məlumatı yeniyetmələrin mənsub olduğu Tex icmasının rəhbərliyi Facebook-da yazıb.

İcma rəhbərliyi məlumata yeniyetmələrin fotosunu da əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti Sünik rayonundan olan iki azyaşlının azaraq Azərbaycan ərazisinə keçdiyi barədə məlumat yaymışdı: “Alınan məlumata görə, Ermənistanın Sünik rayonunun Tex icmasının sakinləri Karen Armenoviç Cangiryan (27 iyun 2007-ci il təvəllüdlü) və Andrey Armenoviç Qyaqunts (13 yanvar 2008-ci il təvəllüdlü) 2025-ci il iyunun 6-da saat 01:20 radələrində Sünik rayonuna bitişik və Arayvu kəndi yaxınlığındakı ərazidə azaraq Azərbaycan ərazisinə keçiblər”.

Agentlik saat 22:00 radələrində itmiş yeniyetmələrin geri verildiyini və hazırda Ermənistanda olduqlarını bildirib.


Geri qayıt