Əsas Səhifə > Güney Press > “Torpaqlarımız işğalda qalanda dinən yox idi, elə ki, azad etdik, səslərindən qulaq tutuldu”

“Torpaqlarımız işğalda qalanda dinən yox idi, elə ki, azad etdik, səslərindən qulaq tutuldu”


Dünən, 23:40

Azərbaycanın torpaqları 30 il ərzində erməni işğalında qalanda Qərb səsini çıxarmır, baş verənləri sakitcə seyr edirdi. Heç kim yaltaq, aciz Ermənistana demirdi ki, işğal etdiyin torpaqları tərk elə. Elə ki, torpaqlarımızı azad etdik, Qərbin hay-harayından qulaq tutuldu”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Politoloq qeyd edib ki, əslində Qərb işğal vaxtı və post-işğal dönəmində sərgilədiyi bu münasibətlə özünü ifşa edib:

“Qərb işğal vaxtı və post-müharibə dönəmində ortaya qoyduğu mövqe ilə əslində özünü bir daha ifşa etdi. Bununla sübut etdi ki, o, ədalətin, beynəlxalq hququn deyil, öz maraqlarının keşiyindədir və buna görə də yalnız özünə sərf edəndə səsini çıxarır.

Təəssüflər olsun ki, biz bu gün Qərbin digər ölkələrə münasibətində də buna şahid oluruq. Görürük ki, Qərb öz ənənəvi mövqeyindən imtina etməyib və bu gün də ikili standartlar tətbiq edir. Dünya dövləltəri, xüsusilə də əzilən, hquqları pozulan xalqlar məhz bu səbəbdən Qərbin ədalətinə inanmır və bu məsələdə tamamilə haqlıdır”.


Geri qayıt