Əsas Səhifə > Güney Press > Matviyenko Ermənistana:

Matviyenko Ermənistana:


Dünən, 16:49

“Ermənistan-Rusiya əməkdaşlığı qarşılıqlı hörmətə əsaslanır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko İrəvanda keçirilən Ermənistan və Rusiya arasında regionlararası əməkdaşlığa dair 10-cu konfransda çıxışında deyib.

“Biz heç vaxt heç kimə nəyisə məcbur etmirik və həmişə digər tərəfdaşlardan fərqli olaraq heç kimin qarşısında seçim qoymuruq: ya bizimləsən, ya da heç kimlə”, - spiker bildirib.

Matviyenko iddia edib ki, Rusiya ilə Ermənistan arasında etimad böhranı yoxdur:

“Baş nazir Nikol Paşinyanla görüşdən məndə çox yaxşı təəssürat yaranıb. Rusiya ilə Ermənistan arasında etimad böhranının olduğuna dair geniş ifadələr yayılıb. Məndə belə bir hiss yoxdur. Tam əksidir”.


Geri qayıt