Əsas Səhifə > Güney Press / Manşet / Araşdırma > Abşeron təhsili ilə nazirlik də bacarmır?
Abşeron təhsili ilə nazirlik də bacarmır?5-03-2024, 16:48 |
![]() Abşeron rayon, Mehdiabad qəsəbəsi 1 saylı məktəbdə “8 mart – Beynəlxalq Qadınlar günü” münasibətilə pul yığımına start verilib. ![]() diaaz.space AzFakt.com-a istinadən xəbər verir. Məlumata görə məktəbin şagirdlərindən “8 mart”la əlaqədar 40-50 manat toplanılır. Şagirdlərdən pullar “Valideynlər komitəsi”nin yaratdığı vatsap qruplarında yığılır. Baş verən rüsvayçı hadisədən məktəb direktorunun müavini Aygün Ağalarovanın birbaşa xəbərdar olduğu deyilir. ![]() Məktəb direktoru “8 mart – Beynəlxalq Qadınlar günü” münasibətilə pul yığılmaması barədə rəsmi elan verib. ![]() Direktor Pənah Babayev imza və möhürlə təsdiq etdiyi elanda valideynləri “8 mart” münasibətilə pul verməməyə çağırır. Sosial şəbəkələrdə paylaşılan elan birmənalı qarşılanmayıb. Bəzi sosial şəbəkə istifadəçiləri isə Mehdiabad qəsəbəsi 1 saylı məktəbi direktorun yox, valideynlər komitəsinin idarə etdiyini, direktorun isə “gözükölgəli” olduğunu bildirir. Qeyd edək ki, Mehdiabad qəsəbəsi 1 saylı məktəbi Abşeron-Xızı Regional İdarəsinə tabedir. Abşeron-Xızı Regional İdarəsinin müdiri İlhamə Abdullayevadır. Geri qayıt |