Əsas Səhifə > Cəmiyyət / Manşet > Dəyişiklik gözlənilir: Daha 5 rayonun icra hakimiyyətinin başçısı iynə üstündə oturub
Dəyişiklik gözlənilir: Daha 5 rayonun icra hakimiyyətinin başçısı iynə üstündə oturub28-01-2015, 13:15 |
![]() DİA.AZ: - Az əvvəl vəzifələrindən azad edilməsi nəzərdə tutulan icra başçılarının siyahısını açıqlamışdıq. Bildirək ki, DİA.AZ-a daxil olan məlumatlarda 12 rayonun və iki iri şəhərin rəhbərinin dəyişdiriləcəyi haqda informasiya verilmişdi (http://www.diaaz.space/9/64530-cra-bashchilarinin-eleme-prosesi-davam-edir-novbeti-dalgada-bu-shexsler-ishden-alinacaq.html). Bu dəqiqələrdə redaksiyamızı bilgiləndirən mənbə iddia edir ki, daha 5 rayonun rəhbəri barədə qərar verilib. Mənbənin diaaz.space-a söylədiyinə görə, Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun artıq qərarı hazırdır: В«Onun Bakı rayonlarından birinə gətirilməsi gözlənilir. Şahin Məmmədovla yanaşı, Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarovun da vəzifədən alınacağı planlaşdırılırВ». Xəbəri verən qaynaq diaaz.space-a onu da bildirib ki, eyni zamada Yevlax, Masallı və Astara rayonlarının da rəhbərliyində dəyişiklik gözlənilir. Geri qayıt |