Əsas Səhifə > Cəmiyyət / Manşet > "Ailəmizin üzünə baxa bilmirik: Respublikanın rəhbərliyi hara baxır?"

"Ailəmizin üzünə baxa bilmirik: Respublikanın rəhbərliyi hara baxır?"


Bu gün, 11:07

Naxçıvanda yol təmiri və tikintisi ilə məşğul olan müəssisələr vahid MMC-də birləşdirildikdən sonra bütün işçilərin maaşı 50 faiz aşağı salınıb. Üstəlik, onlar üç aydır ki, azaldılmış maaşlarını belə, ala bilmirlər. Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup işçi məlumat verib.
Şikayətçilərin sözlərinə görə, onlar əvvəl 1000-1100 manat maaş alırmışlar. Fevral ayında “Naxçıvan Yol Təmir Tikinti İstismarı” MMC-nin tərkibinə keçdikdən sonra, aldıqları pul hər ay tədricən azaldılıb. Hazırda bu rəqəm 550 manatdır.
Şikayətçilərdən N. Cəbrayılov baş verən haqsızlığa etiraz edənlərin təhdid olunduğunu bildirir:
“İdarənin adını dəyişib, bəzi yoldaşları ixtisara saldılar. Sonra maaşları azaltdılar. Etiraz edəndə təhdidlə üzləşirik. İndi də maaşları vermirlər. Məcbur qalıb bankdan 1000 manat pul götürüb problemlərimi həll etmişəm. İndi bank geri istəyir. Məhəllə dükanlarıına da borcumuz çoxalıb. Artıq onlardan da ərzaq götürə bilmirik. Qohum-qardaş nə qədər yardım etsin? Onların özlərinin də kifayət qədər problemləri var.Şikayətimizə də baxan yoxdur.
Ailəmizin üzünə baxa bilmirik. Respublikanın rəhbərliyi hara baxır? Aidiyyatı qurumlar məsələni yoluna qoymalıdırlar. İşlətmək istəmirlərsə, heç olmasa qalan 3 ayın maşını və kompensasiyamızı versinlər. Biz də başqa çıxış yolları axtaraq.”
Digər şikayətçi B. Ağayev deyir ki, MMC maaşların gecikməsini maliyyə çatışmazlığı ilə əsaslandırır:
“Əvvəllər dövlət müəssisəsi idi, hər şey qaydasında gedirdi. Maaşlar da yaxşı idi. Yeni hakimiyyət gələndən hər şey dəyişdi. Müəssisəni MMC etdilər. Sonra maaşlar yarıbayarı azaltdılar. İndi də 3 aydır maaşlarımızı vermirlər.
Şikayət edəndə də deyirlər ki, istəmirsiniz ərzənizi yazıb işdən çıxın, maliyyə yoxdur. 10-15 il bu idarədə işləyənlər var. Yaşımız keçib. İşdən çıxıb hara gedək, nə iş görək? Hamımızın qohum-qardaşa, banklara borcumuz yaranıb. Nə edəcəyimizi bilmirik.”

Geri qayıt