Əsas Səhifə > Cəmiyyət / Manşet > "Deyirlər ki, qanun ona dəfn pulu verməyə yol vermir..."
"Deyirlər ki, qanun ona dəfn pulu verməyə yol vermir..."Dünən, 10:49 |
Naxçıvanda vəfat etmiş şəxslərin yaxınlarına verilən dəfn pulunu- birdəfəlik sosial müavinəti almaq müşkülə çevrilib. Yerli DSMF müxtəlif bəhanələr gərirərək, bu pulu verməkdən imtina edir. Bu haqda “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat veriblər.
Babək rayon Nehrəm qəsəbə sakini Yusif Rzayev şikayətçilərdən biridir. O bildirir ki, 10 il aktiv vergi ödəyicisi olmuş kürəkəni Zahid Zülfiqarov iki ay öncə vəfad edib. Lakin, yerli DSMF onun yaxınlarına dəfn pulu verməkdən imtina edir:
“Zahid Zülfüqarov on il, 2014-cü ildən 2024-cü ilin oktyabrına qədər vergi ödəyicisi olub. Sonradan isə gəc sexində mövsümü işdə işləyib. Mövsümü iş isə noyabrda dayanır, apreldə açılır. Bu il iş açılanda Zahid ağır xəstə olduğu üçün əməliyyat olundu, işə gedə bilmədi. Əməliyyatdan bir həftə sonra isə vəfat etdi. İndi onun 10 il vergi ödəyicisi kimi dövlətə ödədiyi vergi və DSMF ödənişini, mövsümü işdə işləməsi nəzərə alınmır. Deyirlər ki, qanun ona dəfn pulu verməyə yol vermir”.
Yusif Rzayev deyir ki, vəfat etmiş kürəkənin ailəsi kasıb olduğundan bu pula böyük ehtiyacları var:
„Bəs onda rəhmətliyin 10 il ödədiyi vergi, DSMF hara getdi. Mövsümü işdə işlədiyi zaman ödənən vergi və DSMF necə oldu? Əvvəllər bu məsələdə problem olmurdu. Yerli icra hakimiyyətləri sənədləşdirib həll edirdilər. Vəfat edən hər kəsin yaxınları da problemsiz bir dəfəlik dəfn müavinatını alırdı. Son zamanlar bunu da problemə çeviriblər. Artlıq gözlərini insanların dəfn puluna da dikiblər.”
Yusif Rzayev aidiyyəti qurumlara müraciət edərək, problemin həll olunmasını tələb edir.
Geri qayıt |