“Dövlət sirrini bilən məmurlar xüsusi nəzarətdə saxlanılır”
Tarix: 23-05-2020, 10:23 | Çap et
 Azərbaycanda son zamanlar yüksək ranqlı dövlət məmurları işdən azad edilir, onlardan korrupsiyaya bulaşanları isə həbs olunur. Bu proses fonunda dövlət sirrinin yayılması məsələsi də gündəmə gəlib.
Belə ki, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisdə çıxışı zamanı deyib ki, dərin təhlillər göstərir ki, Azərbaycan dövlətinin siyasi, hərbi və milli təhlükəsizliyinə aid olan, eləcə də dövlətin elitasında təmsil olunan şəxsləri daimi gərginlik, özünümüdafiə və şantaj hədəfində saxlamağa xidmət edən məlumatlar açıq informasiya məkanına çıxarılmaqda davam edir: “Hakimiyyətə düşmən kəsilən qüvvələrin çıxışlarında, yaxud adi blogger yazılarında kod altında olan məlumatların izi açıqca görünür. Bunlar cinayət əməlləridir. İstər vəzifədə ol, istərsə də olma, dövlət idarəçiliyi informasiya daşıyıcılarından ən azı 25-30 il dövlət mənafelərini qorumağa dair imzaladıqları sənədlərə sadiqliyi tələb edir”.
Həmin sənədlər nədir?
Azərbaycan Respublikasının “Dövlət sirri haqqında” qanunu var. Bu qanunun 1-ci maddəsində aşağıdakılar qeyd edilir:
1.0.1. dövlət sirri - dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır;
1.0.2. dövlət sirri təşkil edən məlumatların daşıyıcıları - dövlət sirri təşkil edən məlumatların rəmzlər, obrazlar, siqnallar, texniki qərarlar və proseslər şəklində əks olunduğu maddi obyektlər, o cümlədən fiziki sahələrdir;
1.0.3. dövlət sirrinin mühafizəsi sistemi - dövlət sirrini mühafizə orqanlarının, dövlət sirri təşkil edən məlumatların və həmin məlumatların daşıyıcılarının mühafizəsi üçün bu orqanların istifadə etdikləri vasitə və metodların, habelə bu məqsədlə həyata keçirilən tədbirlərin məcmusudur;
1.0.4. dövlət sirri ilə işləməyə buraxılma - vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa, müəssisə, idarə və təşkilatların isə belə məlumatlardan istifadə etməklə işlərin icrasına buraxılması hüququnun rəsmiləşdirilməsi qaydasıdır;
1.0.5. dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılma - səlahiyyətli vəzifəli şəxsin icazəsi ilə konkret şəxsin dövlət sirri təşkil edən məlumatlarla tanış olması qaydasıdır;
1.0.6. məxfilik qrifi - məlumat daşıyıcısının özündə və ya ona qoşulan sənədlərdə qoyulan, daşıyıcısı olduğu məlumatın məxfilik dərəcəsini göstərən rekvizitlərdir;
1.0.7. informasiyanın mühafizə vasitələri - dövlət sirri təşkil edən məlumatların mühafizəsi üçün nəzərdə tutulan texniki, kriptoqrafik, proqramlı və başqa vasitələr, onların əks olunduğu vasitələr, habelə məlumatın mühafizəsinin səmərəliliyinə nəzarət vasitələridir;
1.0.8. dövlət sirri təşkil edən məlumatların siyahısı - müvafiqliyinə görə məlumatların qanunvericiliklə müəyyən olunmuş əsaslarla və qaydada dövlət sirrinə aid edildiyi və məxfiləşdirildiyi məlumat qruplarının məcmusudur.
“Yeni Müsavat”a danışan sabiq dövlət müşaviri Qabil Hüseynli bildirdi ki, dövlətdə yüksək vəzifələrdə çalışan şəxslər dövlət sirri ilə bağlı xüsusi blankı doldurmalıdır: “Onlar öhdəlik götürürlər ki, həmin şəxsə etibar edilən, çatdırılan və dövlət sirri kimi formula edilən məlumatları açmayacaq, hər hansı bir mənbəyə çatdırmayacaq. Yəni bu cür öhdəlik olmadan heç kimi işə götürmürlər. Bu hələ ümummilli lider Heydər Əliyev dövründən tətbiq edilən bir öhdəlikdir. Öhdəlik xüsusən də dövlətin yüksək səviyyələrində vəzifə almış şəxslər üçün daha vacibdir. Zənnimcə, Zahid Orucun bu məsələni qaldırması düzgündür. Onlar vəzifədən götürülən zaman qeyd edib imza çəkiblər ki, onlara etibar edilən dövlət sirlərini heç kəsə bildirməyəcəklər. Bildiriləcəyi təqdirdə isə onların məsuliyyət daşıyacaqları haqqında orada xüsusi qeyd var. Bu baxımdan vəzifədən çıxarılanlar və xüsusilə də hərbi sirrə yaxın olan şəxslərin bir müddət ölkədən çıxmaları ranqlarından asılı olaraq müəyyən müddətdə qadağan edilir. Həmin şəxslər 6 ay müddətində kontaktları, görüşləri və KİV-lərə verdiyi məlumatlar aidiyyəti dövlət qurumları tərəfindən ciddi nəzarətə götürülür. Qaba formada desək, həmin şəxslər izlənilir. Yəni dövlət öz təhlükəsizliyini təmin etmək üçün etibar etdiyi şəxslərin siyasi cəhətdən savadsızlığına, dövlətə xəyanət məqsədilə sirləri sızdırmasına imkan vermir. Dövlət müvafiq qurumlarından, nəzarət mexanizmindən istifadə edərək, bu kimi sirlərin qorunmasını təşkil edir. Məlumatları qorumaq dövlət sirrini bilən məmurlardan tələb edilən əsas qaydadır”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Bu gün, 06:01 |
|
|
|
• İran daxilindəki gərginlik və Pezeşkian–Əliyev yaxınlaşmasından doğan qorxu - Xameneinin “şahini” Azərbaycanı niyə hədəfə alıb?
Bu gün, 05:51 |
|
|
|
• Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda - riyakarlıq...
Bu gün, 05:49 |
|
|
|
• "Rusiya Avropa ilə dil tapdığı müddətdə Şimal dəhlizi aktual idi..." - AMMA İNDİ...
Bu gün, 05:46 |
|
|
|
• Bilinmir: deputatdır, yoxsa QOÇU... - BU NƏDİ BELƏ?
Bu gün, 05:44 |
|
|
|
• "Onu yemirəm, bunu yemirəm, bəsdirin, siz Allah..." - FOTO
Bu gün, 05:37 |
|
|
|
• Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib
Dünən, 18:30 |
|
|
|
• Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI - FOTO
Dünən, 13:00 |
|
|
|
• Kərim məhkəmədən narazıdır
Dünən, 12:51 |
|
|
|
• Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi
Dünən, 12:44 |
|
|
|
• Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... - Direktor ailəsi ilə “pul dərnəyi” qurub
Dünən, 12:37 |
|
|
|
• AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb - TƏFƏRRÜAT
Dünən, 12:31 |
|
|
|
• Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur - İLGİNC
Dünən, 12:28 |
|
|
|
• BAHALAŞMA GÖZLƏNİLİR... - DİQQƏT!
Dünən, 12:26 |
|
|
|
• Buna görə Gürcüstandan GERİDƏYİK... - AXI NİYƏ?
Dünən, 12:24 |
|
|
|
• "Elçin mənim mükafatımdır"
Dünən, 11:19 |
|
|
|
• Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
Dünən, 11:17 |
|
|
|
• SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... - BU NƏDİ BELƏ?
Dünən, 10:25 |
|
|
|
• Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: - İlk sazişlər imzalandı
Dünən, 10:19 |
|
|
|
• "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Dünən, 10:03 |
|
|
|
• Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
Dünən, 09:45 |
|
|
|
• Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
Dünən, 09:43 |
|
|
|
• “Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
Dünən, 09:36 |
|
|
|
• Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
Dünən, 09:25 |
|
|
|
• “Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
Dünən, 09:15 |
|
|
|
• Görkəmli memar Arif Əzizov vəfat edib
Dünən, 09:13 |
|
|
|
• SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` - "Telefonda deyiləni birtəhər uduruq, amma..."
Dünən, 09:07 |
|
|
|
• Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” - NƏ BAŞ VERİR?
Dünən, 09:00 |
|
|
|
• "`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." - NARAZILIQ VAR...
Dünən, 08:57 |
|
|
|
• Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri
Dünən, 08:41 |
|
|
|
• Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Tramp
Dünən, 08:38 |
|
|
|
• İşçilərin əmək hüququ bu hallarda da pozulur... - Ekspert danışır...
Dünən, 08:36 |
|
|
|
• “Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
Dünən, 07:41 |
|
|
|
• ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ – MİDA-dan “güzəştli şərtlərlə” ev almaq adı ilə 67 min manatı ələ keçirildi
Dünən, 07:38 |
|
|
|
• Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR - dövlətin bahalı TENDERYEYƏNİ
Dünən, 07:28 |
|
|
|
• Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib - SİYAHI
Dünən, 07:11 |
|
|
|
• Həm işçinin pulunu vermir, həm də hədələyir... - BU NƏDİ BELƏ?
Dünən, 07:09 |
|
|
|
• Cəbrayılov: yerində olmayan başçı... Sakinlər problem içində, başçı para peşində...
Dünən, 07:03 |
|
|
|
• Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
Dünən, 07:00 |
|
|
|
• "Nazirlik imtina cavabı verir" - GİLEY
Dünən, 06:58 |
|
|
|
• “Bolton planı” addım-addım həyata keçir - GƏLİŞMƏ
Dünən, 06:55 |
|
|
|
• Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR - icra başçısına desə də...
Dünən, 06:52 |
|
|
|
• Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: - Miqrantların aqibəti NECƏ OLACAQ?
Dünən, 06:27 |
|
|
|
• Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı - FOTO
Dünən, 06:16 |
|
|
|
• "Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" - Ekspert həll yolu GÖSTƏRDİ
Dünən, 06:13 |
|
|
|
• Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir - GƏLİŞMƏ
Dünən, 06:09 |
|
|
|
• Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… – “Bunu etməyin!”
Dünən, 06:06 |
|
|
|
• “Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...” - Etibar Məmmədov
Dünən, 06:01 |
|
|
|
• Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bir Azərbaycan vətəndaşına da şamil edildi - BUNDAN SONRA...
Dünən, 05:59 |
|
|
|
• Məktəblərdə şagirdlərin hüquqları belə pozulur - AKTUAL
Dünən, 05:57 |
|
|
|
|