“Hazır olun, bunu birlikdə edəcəyik” .....                     Paşinyandan ilginc paylaşım... .....                     Rusiyanın gücü yoxdur, Qafqazdan çıxarılır .....                     Bakıda faciənin qapısından dönüldü .....                     Rusiyanın Ukraynaya qarşı planı: .....                     Kreml Azərbaycan diasporunu “Pautina” ilə vurur .....                     İlham Əliyevdən YENİ İSMARICLAR .....                     Naxçıvanda baş nazir və çevrəsinin 345 KODLAMASI .....                     İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ .....                     Putin Ukrayna müharibəsini davam etdirməklə hər şeyi itirə bilər .....                     İranın Azərbaycan və Türkiyə qarşısında gücü qalmayıb .....                     AB Bakının bu siyahıya düşməsi üçün “çox çalışıb”... .....                     "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub .....                     İran daxilindəki gərginlik və Pezeşkian–Əliyev yaxınlaşmasından doğan qorxu .....                     Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda .....                     "Rusiya Avropa ilə dil tapdığı müddətdə Şimal dəhlizi aktual idi..." .....                     Bilinmir: deputatdır, yoxsa QOÇU... .....                     "Onu yemirəm, bunu yemirəm, bəsdirin, siz Allah..." .....                     Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib .....                     Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI .....                     Kərim məhkəmədən narazıdır .....                     Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi .....                     Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... .....                     AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb .....                     Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur .....                     BAHALAŞMA GÖZLƏNİLİR... .....                     Buna görə Gürcüstandan GERİDƏYİK... .....                     "Elçin mənim mükafatımdır" .....                     Xəstəxanada çəkilən video haqda detallar məlum oldu .....                     SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... .....                     Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: .....                     "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub .....                     Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar .....                     Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər .....                     “Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” .....                     Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları .....                     “Moskva bizə müttəfiq olmadığını sübut edib” .....                     Görkəmli memar Arif Əzizov vəfat edib .....                     SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` .....                     Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” .....                 

"Bunu çevriliş adlandırmaq olmazdı" - Partiya sədri
Tarix: 16-05-2020, 09:46 | Çap et
"Bunu çevriliş adlandırmaq olmazdı"
1992-cü ilin 15 mayında baş verən hadisələrdən 28 il ötdü. Həmin ilin 5-6 martında Azərbaycan Ali Sovetində gedən iki günlük gərginlik müzakirələrdən sonra o zaman prezident olan Ayaz Mütəllibov istefaya getmişdi. Onun may ayında hakimiyyətə qayıdış cəhdi xalqın ciddi müqaviməti ilə qarşılanmış və nəticədə sabiq prezident ölkəni tərk etməyə məcbur olmuşdu.

Hər ilin bu günləri 15 may hadisələri ətrafında yeni-yeni müzakirələr açılır. Əksəriyyət bunu xalq inqilabı kimi qəbul etsə də, həmin hadisələri hakimiyyət çevrilişi kimi qəbul edənlər də var. Mütəllibovun birdəfəlik gedişindən sonra iqtidara gələn Xalq Cəbhəsinin doğru addım atıb-atmadığı yönündə də ziddiyyətli fikirlərə rast gəlirik.

Mövqelərdən biri ondan ibarətdir ki, Mütəllibov Rusiyanın adamı idi və o hakimiyyətdə qalsaydı, ərazi itkiləri ilə üzləşməzdik. Bu polemikalarda inqilab yolu ilə hakimiyyətə gəlib, çevrilişlə iqtidardan uzaqlaşdırılan AXC hökumətinin tərəfində duranlar çoxluq təşkil edirlər. 15 may hadisələrinin Azərbaycana nələr verdiyi yönündə də çoxsaylı mövqelər mövcuddur.

Həmin hadisələrin canlı şahidlərindən biri, o zaman AXC Ali Məclisinin üzvü olmuş, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a 28 il öncəki hadisələrin dəyişkən məsələ olmadığını qeyd etdi: “Bu məsələ ilə bağlı kim nə fikir söyləyirsə söyləsin, bu, sabit bir məsələdir, yəni dəyişən deyil. Baş verən hadisə tarixin reallıqları idi. O dövrdə açıq şəkildə cəbhələşmə var idi. Söhbət ondan gedirdi ki, ya imperiyanın, ya da xalqın yanında durmalı idin. Ayaz Mütəllibov dinc yolla istefaya getmişdi və ona əməkdaşlıq təklif olunmuşdu. Lakin o bundan imtina etmişdi. Ciddi şəkildə imperiyanın göstərişi ilə geriyə qayıtdı. Həm də bir ultimatum ilə qayıtmışdı. O, imperiyanın ayaq səsləri kimi gəlirdi, imperiyanın istəklərini gətirirdi. Onun xətti xuntanı dəstəkləməkdən ibarət idi. Söhbət fərdə qarşı mübarizədən getmirdi. O vaxtları Əbülfəz Elçibəy hətta bildirirdi ki, Əbdürrəhman Vəzirovla belə birlikdə işləmək, əməkdaşlıq etmək lazımdır. Bütün milli qüvvələri, millətin resurslarını toplamaq lazım idi.

Kimin siyasi baxışından asılı olmayaraq, buna ehtiyac var idi. O dövrdə xeyli Kommunist Partiyasının üzvləri xalqla bir yerdə oldular. Hakimiyyətdə təmsil olunanlar xalqla birlikdə həmrəylik nümayiş etdirdilər. Kim xalqla birlikdə idisə, yüksək vəzifələr tutdular. Məsəl üçün, baş nazir vəzifəsini tutan Rəhim Hüseynov Xalq Cəbhəsinin üzvü deyildi, kommunist idi. Buna baxmayaraq, Elçibəy onu baş nazir postunda saxladı. Bu siyahını uzatmaq da mümkündür. O dövrdə təkliflər səsləndirilirdi ki, hamı bir yerdə olsun. Təklifi müsbət dəyərləndirənlər kifayət qədər çox idilər. Kimsə imperiya adından bura gəlmək, revanş etmək istəyirdisə, buna yol vermək olmazdı. Gəlmişdisə, ancaq əməkdaşlıq etməli idi. Milli azadlıq hərəkatı ilə qazanılan müstəqilliyi sən gəlib imperiyaya verə bilməzdin”.

F.Quliyev 15 mayı xalq inqilabı sayır: “Bunu çevriliş adlandırmaq olmazdı. Birbaşa inqilab idi. Bu proseslər təkcə Azərbaycanda deyil, bütün postsovet məkanında baş verirdi. Bundan da xeyli əvvəl Şərqi Avropada baş vermişdi. SSRİ o yerlərdə də xalqların istəklərini əzmiş, orada dəyişikliklərə imkan verməmişdi. Ondan sonra Qazaxıstanda hadisələr baş vermişdi. İmperiyadan qopma prosesləri gedirdi. Yəni bu hakimiyyət davası deyildi. Mən Xalq Cəbhəsində partiyaya çevrilənə qədər qaldım. İstəyim ölkəmizin müstəqilliyi idi. O zaman yüz minlərlə insan bu cür düşünürdü. Azərbaycan əsl bir müstəqillik savaşı aparırdı. Heç kəs vəzifə barədə düşünmürdü. Bu baxımdan 15 may hadisələrini hakimiyyət çevrilişi yox, xalq inqilabı adlandırmaq ən doğrusudur. Xalq imperiyanın yenidən geri qayıtması təhlükəsinə qarşı birləşdi. Bir mərhələ başlamışdı, onu sona çatdırmaq lazım idi”.

Müsahibimiz tarixi hadisənin Azərbaycana nələr verdiyindən də söz açdı: “Burada xalqın, xalqa qarşı olanların mövqeyi aydın oldu. Bütün dünyaya o da aydın oldu ki, biz xalq olaraq müstəqil olmaq istəyirik. Başqa bir istəyin həyata keçməyəcəyi qətiləşdi. Xalqın məlum niyyətin qarşısında duracağı aydınlaşdı. Bundan sonra bütün seçimlərdə bu prioritet oldu. Doğrudur, sonrakı dövrlərdə hakimiyyət çevrilişi cəhdləri yaşandı. Xarici dövlətlər buradakı maşalarından istifadə etməyə çalışdılar. Amma müstəqilliyimiz möhkəmləndirildi”.

Partiya sədri 5-6 mart hadisələrində A.Mütəllibovun istefaya göndərilməsini də doğru sayır: “15 may hadisələrindən əvvəl Ayaz Mütəllibov yola salınmışdı. Ölkədə idi, normal yaşaması mümkün idi. Ağalarının istəyi ilə revanş götürmək cəhdinin qarşısı alındı. Biz bütün milli qüvvələrimizin bir yerdə olmasında maraqlı idik. Kim yanlış yola gedirdisə, qarşısı alınmalı idi. Hər zaman bu fikrimin üzərində dayanmışam ki, milli azadlıq hərəkatı başlamışdısa, hakimiyyətə milli düşüncə gəlməli idi. Köhnə imperiya düşüncəsi hakimiyyətdə qala bilməzdi. Onun daşıyıcıları hakimiyyətdən getməli idilər”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Hazır olun, bunu birlikdə edəcəyik” - Baş nazir müraciət etdi
Bu gün, 12:02
Paşinyandan ilginc paylaşım... - II Qaregini elə birinə bənzətdi ki…
Bu gün, 11:59
Rusiyanın gücü yoxdur, Qafqazdan çıxarılır - GƏLİŞMƏ
Bu gün, 11:56
Bakıda faciənin qapısından dönüldü - TƏFƏRRÜAT
Bu gün, 11:00
Rusiyanın Ukraynaya qarşı planı: - Eyni anda 2 min PUA...
Bu gün, 10:58
Kreml Azərbaycan diasporunu “Pautina” ilə vurur - Ukrayna kəşfiyyatının əməliyyatını azərbaycanlılara bağlayırlar
Bu gün, 10:56
İlham Əliyevdən YENİ İSMARICLAR - Hər şey açıq və net idi...
Bu gün, 10:52
Naxçıvanda baş nazir və çevrəsinin 345 KODLAMASI - komandada daha kimlər var...
Bu gün, 10:50
İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ - TƏFƏRRÜAT
Bu gün, 09:55
Putin Ukrayna müharibəsini davam etdirməklə hər şeyi itirə bilər - KİV
Bu gün, 09:51
İranın Azərbaycan və Türkiyə qarşısında gücü qalmayıb - Dəhliz açılacaq
Bu gün, 09:49
AB Bakının bu siyahıya düşməsi üçün “çox çalışıb”... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 09:46
"UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Bu gün, 06:01
İran daxilindəki gərginlik və Pezeşkian–Əliyev yaxınlaşmasından doğan qorxu - Xameneinin “şahini” Azərbaycanı niyə hədəfə alıb?
Bu gün, 05:51
Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda - riyakarlıq...
Bu gün, 05:49
"Rusiya Avropa ilə dil tapdığı müddətdə Şimal dəhlizi aktual idi..." - AMMA İNDİ...
Bu gün, 05:46
Bilinmir: deputatdır, yoxsa QOÇU... - BU NƏDİ BELƏ?
Bu gün, 05:44
"Onu yemirəm, bunu yemirəm, bəsdirin, siz Allah..." - FOTO
Bu gün, 05:37
Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib
Dünən, 18:30
Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI - FOTO
Dünən, 13:00
Kərim məhkəmədən narazıdır
Dünən, 12:51
Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi
Dünən, 12:44
Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... - Direktor ailəsi ilə “pul dərnəyi” qurub
Dünən, 12:37
AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb - TƏFƏRRÜAT
Dünən, 12:31
Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur - İLGİNC
Dünən, 12:28
BAHALAŞMA GÖZLƏNİLİR... - DİQQƏT!
Dünən, 12:26
Buna görə Gürcüstandan GERİDƏYİK... - AXI NİYƏ?
Dünən, 12:24
"Elçin mənim mükafatımdır"
Dünən, 11:19
Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
Dünən, 11:17
SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... - BU NƏDİ BELƏ?
Dünən, 10:25
Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: - İlk sazişlər imzalandı
Dünən, 10:19
"UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Dünən, 10:03
Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
Dünən, 09:45
Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
Dünən, 09:43
“Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
Dünən, 09:36
Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
Dünən, 09:25
“Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
Dünən, 09:15
Görkəmli memar Arif Əzizov vəfat edib
Dünən, 09:13
SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` - "Telefonda deyiləni birtəhər uduruq, amma..."
Dünən, 09:07
Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” - NƏ BAŞ VERİR?
Dünən, 09:00
"`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." - NARAZILIQ VAR...
Dünən, 08:57
Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri
Dünən, 08:41
Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Tramp
Dünən, 08:38
İşçilərin əmək hüququ bu hallarda da pozulur... - Ekspert danışır...
Dünən, 08:36
“Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
Dünən, 07:41
ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ – MİDA-dan “güzəştli şərtlərlə” ev almaq adı ilə 67 min manatı ələ keçirildi
Dünən, 07:38
Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR - dövlətin bahalı TENDERYEYƏNİ
Dünən, 07:28
Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib - SİYAHI
Dünən, 07:11
Həm işçinin pulunu vermir, həm də hədələyir... - BU NƏDİ BELƏ?
Dünən, 07:09
Cəbrayılov: yerində olmayan başçı... Sakinlər problem içində, başçı para peşində...
Dünən, 07:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru