"Azərbaycan epidemiya təhlükəsindən minimum itkilərlə çıxmağı bacarıb" - deputat
Tarix: 11-04-2020, 10:12 | Çap et
 Hər bir Azərbaycan vətəndaşı harada olmasından və yaşamasından asılı olmayaraq dövlətin diqqət və qayğısı ilə əhatə olunub.
Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
K.Nurullayeva vurğulayıb ki, hazırda dünyanın bütün dövlətləri pandemiya və onun təzahürləri ilə daha effektiv mübarizə üsulları tapmaqdır. Epidemiya ilə mübarizənin ən təsirli yollarından biri kimi izolyasiya tədbirləri göstərilir:
“ Xəstəliyin yayıldığı və qlobal problemə çevrildiyi vaxtlarda Azərbaycan qonşu ölkələrlə sərhədlərini bağladı. Sərhəd-keçid məntəqələrində həyata keçirilən önləyici tədbirlərin nəticəsidir ki, Azərbaycan epidemiya təhlükəsindən minimum itkilərlə çıxmağı bacarıb. Eyni zamanda cənab Prezident İlham Əliyevin məsələni şəxsən nəzarətinə götürməsi nəticəsində epidemiya ilə mübarizə ölkənin bir nömrəli işinə çevrilib. İstər xəstəliyin aradan qaldırılması məqsədilə tibbi ləvazimatların alınması, yeni tibbi maska istehsal edən müəssisənin qısa zamanda istifadəyə verilməsi, istərsə də karantin müddətində aztəminatlı vətəndaşlara müxtəlif maddi yardımların edilməsi Azərbaycanda epidemiya ilə mübarizənin yüksək səviyyədə təşkilindən xəbər verir. Bu baxımdan ölkəmizdə görülən tədbirləri yüksək qiymətləndirirəm”.
K.Nurullayeva qeyd edib ki, bu günə qədər Azərbaycanda koronavirusu müəyyən etmək üçün 60 mindən artıq test keçirilib:
“Bu da onun göstəricisidir ki, ölkəmizdə bu işlərə ciddi nəzarət var və həyata keçirilən tədbirlər sistematik xarakter daşıyır. İşlər elə qurulub ki, kimsə özündə hərarət, zökəm, öskürək və sair kimi respirator əlamətlər hiss edərsə, onlar dərhal müvafiq testlərdən keçirilir. Həm də söhbət yalnız koronavirusdan getmir. Adi mövsümi qriplərdən əziyyət çəkirsinizsə və həkimə getməkdən ehtiyat edirsinizsə, evə çağırış edə bilərsiniz. Testin cavabları isə altı saat müddətinə hazır olur. Digər tərəfdən özündə xəstəlik əlamətləri hiss edən şəxslər evdən kənara çıxmadan Bakıdaxili “103”, paytaxtdan kənarda isə “113” təcili tibbi yardım stansiyasına zəng etməklə yoxlanışdan keçə bilir. Təbii ki, bu kimi tədbirlər yalnız alqışlanmalıdır”.
Deputat vurğulayıb ki, belə bir vəziyyətdə Azərbaycan xaricdə olan vətəndaşlarının da qayğısına qaldı: “Hər bir Azərbaycan vətəndaşı harada olmasından və yaşamasından asılı olmayaraq dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Bu koronavirus epidemiyası günlərində bir daha təsdiqləndi. Belə ki, xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının ilk növbədə azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində və karantin rejiminə yerləşdirməklə Azərbaycana gətirilməsi həyata keçirildi. Bu məqsədlə xüsusi çarter reysləri vasitəsilə minlərlə Azərbaycan Respublikası vətəndaşının müxtəlif ölkələrdən ölkəyə gətirilməsi təmin edilib. Düşünürəm ki, bu baxımdan da Azərbaycan dövləti üzərinə düşən vəzifə və öhdəlikləri layiqincə yerinə yetirib”.
K.Nurullayeva bildirib ki, koronavirusla mübarizədə karantin rejimi olduqca mühüm tədbirlərdən biridir: “Vətəndaşlarımızı bir daha karantin rejiminin tələblərinə riayət etməyə və bununla da ölkəmizdə koronavirusla mübarizəyə öz töhfələrini verməyə çağırıram. Ümüdvaram ki, görülən tədbirlər nəticəsində yaxın günlərdə infeksiyaya yoluxma hallarında azalmaya şahidlik edəcəyik. Hər halda mən müsbət nəticələrin uzaqda olmadığına inanıram”.
Deputat Prezident İlham Əliyevin 9 aprel 2020-ci il tarixdə koronavirus epidemiyası ilə bağlı əlavə tədbir kimi vəsait ayırmasını da xatırladıb:
“Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97,0 (doxsan yeddi) milyon manat ayrılıb. Bu isə bizə koronavirus epidemiyasına qarşı mübarizənin təşkilinin daha da yaxşılaşdırılması imkanları qazandırmış oldu.
Eyni zamanda modul tipli yeni 6 xəstəxananın qurulması və tibb müəssisələrinin maddi texniki bazasının möhkəmləndirilməsi tədbirləri gələcəyə böyük ümidlərlə baxmağımızı təmin edir. Tezliklə bu çətin günlərin arxada qalacağına və Azərbaycan dövlətinin bu sınaqdan alnıaçıq, üzüağ çıxacağına əminəm”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Çimərliklərdə təxirəsalınmaz tədbirlər görülür - FOTO
Dünən, 14:03 |
|
|
|
• Bakıdan Moskvaya mesaj: Təyyarə qəzasının üzərindən sükutla keçilməyəcək! - GƏLİŞMƏ
Dünən, 13:39 |
|
|
|
• Tarixlərdə yaşayacaq sənətkar Ramiz Əzizbəyli.. - ANIM
Dünən, 13:26 |
|
|
|
• Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın... - REAKSİYA
Dünən, 13:23 |
|
|
|
• “Hazır olun, bunu birlikdə edəcəyik” - Baş nazir müraciət etdi
Dünən, 12:02 |
|
|
|
• Paşinyandan ilginc paylaşım... - II Qaregini elə birinə bənzətdi ki…
Dünən, 11:59 |
|
|
|
• Rusiyanın gücü yoxdur, Qafqazdan çıxarılır - GƏLİŞMƏ
Dünən, 11:56 |
|
|
|
• Bakıda faciənin qapısından dönüldü - TƏFƏRRÜAT
Dünən, 11:00 |
|
|
|
• Rusiyanın Ukraynaya qarşı planı: - Eyni anda 2 min PUA...
Dünən, 10:58 |
|
|
|
• Kreml Azərbaycan diasporunu “Pautina” ilə vurur - Ukrayna kəşfiyyatının əməliyyatını azərbaycanlılara bağlayırlar
Dünən, 10:56 |
|
|
|
• İlham Əliyevdən YENİ İSMARICLAR - Hər şey açıq və net idi...
Dünən, 10:52 |
|
|
|
• Naxçıvanda baş nazir və çevrəsinin 345 KODLAMASI - komandada daha kimlər var...
Dünən, 10:50 |
|
|
|
• İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ - TƏFƏRRÜAT
Dünən, 09:55 |
|
|
|
• Putin Ukrayna müharibəsini davam etdirməklə hər şeyi itirə bilər - KİV
Dünən, 09:51 |
|
|
|
• İranın Azərbaycan və Türkiyə qarşısında gücü qalmayıb - Dəhliz açılacaq
Dünən, 09:49 |
|
|
|
• AB Bakının bu siyahıya düşməsi üçün “çox çalışıb”... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 09:46 |
|
|
|
• "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Dünən, 06:01 |
|
|
|
• İran daxilindəki gərginlik və Pezeşkian–Əliyev yaxınlaşmasından doğan qorxu - Xameneinin “şahini” Azərbaycanı niyə hədəfə alıb?
Dünən, 05:51 |
|
|
|
• Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda - riyakarlıq...
Dünən, 05:49 |
|
|
|
• "Rusiya Avropa ilə dil tapdığı müddətdə Şimal dəhlizi aktual idi..." - AMMA İNDİ...
Dünən, 05:46 |
|
|
|
• Bilinmir: deputatdır, yoxsa QOÇU... - BU NƏDİ BELƏ?
Dünən, 05:44 |
|
|
|
• "Onu yemirəm, bunu yemirəm, bəsdirin, siz Allah..." - FOTO
Dünən, 05:37 |
|
|
|
• Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib
19-07-2025, 18:30 |
|
|
|
• Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI - FOTO
19-07-2025, 13:00 |
|
|
|
• Kərim məhkəmədən narazıdır
19-07-2025, 12:51 |
|
|
|
• Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi
19-07-2025, 12:44 |
|
|
|
• Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... - Direktor ailəsi ilə “pul dərnəyi” qurub
19-07-2025, 12:37 |
|
|
|
• AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb - TƏFƏRRÜAT
19-07-2025, 12:31 |
|
|
|
• Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur - İLGİNC
19-07-2025, 12:28 |
|
|
|
• BAHALAŞMA GÖZLƏNİLİR... - DİQQƏT!
19-07-2025, 12:26 |
|
|
|
• Buna görə Gürcüstandan GERİDƏYİK... - AXI NİYƏ?
19-07-2025, 12:24 |
|
|
|
• "Elçin mənim mükafatımdır"
19-07-2025, 11:19 |
|
|
|
• Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
19-07-2025, 11:17 |
|
|
|
• SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... - BU NƏDİ BELƏ?
19-07-2025, 10:25 |
|
|
|
• Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: - İlk sazişlər imzalandı
19-07-2025, 10:19 |
|
|
|
• "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
19-07-2025, 10:03 |
|
|
|
• Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
19-07-2025, 09:45 |
|
|
|
• Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
19-07-2025, 09:43 |
|
|
|
• “Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
19-07-2025, 09:36 |
|
|
|
• Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
19-07-2025, 09:25 |
|
|
|
• “Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
19-07-2025, 09:15 |
|
|
|
• Görkəmli memar Arif Əzizov vəfat edib
19-07-2025, 09:13 |
|
|
|
• SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` - "Telefonda deyiləni birtəhər uduruq, amma..."
19-07-2025, 09:07 |
|
|
|
• Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” - NƏ BAŞ VERİR?
19-07-2025, 09:00 |
|
|
|
• "`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." - NARAZILIQ VAR...
19-07-2025, 08:57 |
|
|
|
• Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri
19-07-2025, 08:41 |
|
|
|
• Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Tramp
19-07-2025, 08:38 |
|
|
|
• İşçilərin əmək hüququ bu hallarda da pozulur... - Ekspert danışır...
19-07-2025, 08:36 |
|
|
|
• “Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
19-07-2025, 07:41 |
|
|
|
• ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ – MİDA-dan “güzəştli şərtlərlə” ev almaq adı ilə 67 min manatı ələ keçirildi
19-07-2025, 07:38 |
|
|
|
|