"UNIKAL-MTK" vergi qanunvericiliyini pozub .....                     İran daxilindəki gərginlik və Pezeşkian–Əliyev yaxınlaşmasından doğan qorxu .....                     Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda .....                     "Rusiya Avropa ilə dil tapdığı müddətdə Şimal dəhlizi aktual idi..." .....                     Bilinmir: deputatdır, yoxsa QOÇU... .....                     "Onu yemirəm, bunu yemirəm, bəsdirin, siz Allah..." .....                     Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib .....                     Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI .....                     Kərim məhkəmədən narazıdır .....                     Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi .....                     Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... .....                     AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb .....                     Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur .....                     BAHALAŞMA GÖZLƏNİLİR... .....                     Buna görə Gürcüstandan GERİDƏYİK... .....                     "Elçin mənim mükafatımdır" .....                     Xəstəxanada çəkilən video haqda detallar məlum oldu .....                     SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... .....                     Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: .....                     "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub .....                     Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar .....                     Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər .....                     “Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” .....                     Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları .....                     “Moskva bizə müttəfiq olmadığını sübut edib” .....                     Görkəmli memar Arif Əzizov vəfat edib .....                     SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` .....                     Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” .....                     "`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." .....                     Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır .....                     Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır .....                     İşçilərin əmək hüququ bu hallarda da pozulur... .....                     “Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu .....                     ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ .....                     Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR .....                     Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib .....                     Həm işçinin pulunu vermir, həm də hədələyir... .....                     Cəbrayılov: yerində olmayan başçı... .....                     Aİ Belarusa qarşı sanksiyaları genişləndirib .....                     "Nazirlik imtina cavabı verir" .....                 

Fəzail Ağamalı vəzifə təklifi almayan deputatlar haqda danışdı
Tarix: 8-05-2018, 08:23 | Çap et
Fəzail Ağamalı vəzifə təklifi almayan deputatlar haqda danışdı
Aprelin 21-də təsdiq olunan yeni hökumətdə 4 deputatın yüksək vəzifələrə təyinat almaları bəzi məsələləri gündəm edib. Son 25 ildə hakimiyyətə sədaqətli olan parlament üzvləri var ki, indiyə qədər heç bir yüksək postda təmsil olunmayıblar. Ən yaxşı halda deputat mandatı alıblar.

Son təyinatlardan sonra gündəmə gələn daha bir maraqlı fakt da ondan ibarətdir ki, 1993-cü ilə qədər ölkə iqtidarına qarşı müxalif mövqedə dayanan bəzi insanlar hazırda hökumətin yüksək pillələrində vəzifə sahibidirlər. Amma hakimiyyətə daim sədaqət nümayiş etdirən (məsələn, YAP icra katibinin müavini Siyavuş Novruzov, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, bitərəf deputat Zahid Oruc) şəxslər vəzifəyə təyin olunmurlar.

F.Ağamalı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, oturuşmuş ölkədə hər şey yerində olmalıdır: “İstər icra strukturları, istər parlament, istərsə də digər sahələr olsun, peşəkarlıq həlledici əhəmiyyət kəsb edir. Bu gün Milli Məclisin bəzi üzvləri ölkə prezidenti tərəfindən icra strukturlarına təyinat aldı. Onlardan əksəriyyəti demək olar gəncdirlər, Milli Məclisdə böyük təcrübə qazanıblar. Muxtar Babayev kimi dəyərli həmkarımız həm də icra strukturunda çalışırdı. Rövşən Rzayev də vaxtilə notarius sistemində işləyib. Onun da idarəçilik sistemində təcrübəsi var. Deputat olmasa da, İnam Kərimov heç nədən ”ASAN Xidmət"i qurmaqla böyük bir təcrübə qazandı. Onun da təyinat aldığı vəzifə üçün yetəcək təcrübəsi var. Vüsal Hüseynov Prezident Administrasiyasından Milli Məclisə gəldi. İki il müddətində parlamentdə yüksək mədəniyyəti, məntiqli çıxışları və savadı ilə özünü təsdiq edə bildi. Onun da təyinatı çox doğru bir qərardır. Sizin də dediyiniz kimi, Siyavuş Novruzov, Fəzail Ağamalı kimi deputatlar əgər icra strukturlarına təyinat alsaydılar, bunun öhdəsindən əlbəttə gələcəkdirlər. Buna qətiyyən şübhə etmirəm. Lakin unutmaq olmaz ki, parlamentdə də peşəkar siyasətçilərə ciddi ehtiyac var. Özümü tamamilə kənara qoyub Siyavuş müəllim haqqında danışmaq istəyirəm ki, komitə sədridir və sanballı deputat, peşəkar siyasətçi kimi formalaşıb. Mənə elə gəlir ki, onun Milli Məclisə töhfələri daha çox özünü göstərməkdədir. Ölkə başçısı tərəfindən daim peşəkarlıq nəzərə alınır. Son təyinatlarda deputatların da yer alması tamamilə məntiqlidir. Bu, çox müsbət bir təcrübədir. Hamı tərəfindən də yüksək dəyərləndirildi".

F.Ağamalı deputat olduğu illərdə heç bir vəzifə təklifi almadığını da söylədi: “Mən 1994-cü ildə Surət Hüseynovla üz-üzə gəldim və ciddi vəziyyət yarandı. O zaman şəxsi özüm Ulu Öndərdən istefa ərizəmi qəbul etməsini xahiş etdim. Çünki vəziyyət olduqca gərgin idi. İstefaya getməməyim ölkədə vəziyyəti ağırlaşdıra bilərdi. Hətta Surət Hüseynovun tərəfdarları belə bir tələblə çıxış edirdilər ki, Fəzail Ağamalı istefa verməsə, prezident Heydər Əliyevin istefa verməsi tələbi ilə Prezident Aparatına hücum edəcəyik, orada oturaq aksiya keçirəcəyik. Bu niyyətlər var idi və bunun da arxasında birmənalı Surət Hüseynov dayanırdı. Vəziyyətin çətinləşməməsi, kritik həddə çatmaması üçün rəhmətlik Ulu Öndərdən onun köməkçisi Eldar Namazov vasitəsilə xahiş etdim ki, istefam qəbul edilsin. Həmin gün Prezident Aparatında kənd təsərrüfatı ilə bağlı müşavirə keçirilirdi, nazir əvəzi kimi həmin müşavirəyə dəvət olunmuşdum. Təkidli xahişimdən sonra ümummilli liderimiz istefamı qəbul etdi. Müşavirənin gedişində istefaya göndərilməyim barədə prezidentin sərəncamı oldu. Ondan sonra yenə də mövqeyimdə qaldım və Heydər Əliyev siyasətini birmənalı dəstəkləməkdə davam etdim. Surət Hüseynov hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra ulu öndərimiz tərəfindən mənə təklif olundu ki, əvvəlki vəzifəmə qayıdım. Bu mənə çox böyük etimad idi. Bunun üçün təşəkkürümü bildirdim və arzumu dedim ki, əgər Ulu Öndər məsləhət bilərdisə, dövlətimizə parlament müstəvisində xidmətimi göstərərdim. Ümummilli liderimiz bu istəyimə hörmətlə yanaşdı və parlament seçkilərinə getdim. İndiyə qədər də Milli Məclisdəyəm. Millət vəkili kimi dövlətimə, xalqıma xidmət etməkdən qürur duyuram. Bu, xidmətlərimin ən yüksək zirvəsidir. Belə xidməti Tanrı taleyimə yazıbsa, Tanrıma da minnətdaram. Deputat olduğum dönəmlərdə bu və ya digər vəzifələrə təyinat almamışam. Amma cənab prezident məsləhət bilərdisə, xidmətlərim xüsusi olaraq dövlətimiz üçün lazım olardısa, heç şübhəsiz ki, istənilən təklifi qəbul edərdim. Çünki etiraf etmək lazımdır ki, cənab prezident İlham Əliyev daha qlobal düşünür, Azərbaycan dövlətçiliyinin bu gününə və sabahına töhfələr vermək üçün hər kəsdən daha böyük məsuliyyəti çiyinlərinə götürərək, bunun üçün komandasını formalaşdırır. Ona görə də Milli Məclisdə deyil, icra strukturlarında belə bir təklif olunsaydı, oradan dövlətimizə, xalqımıza daha ciddi xidmət göstərə bilsəydim, bu potensialım, imkanım olsaydı, təbii ki, təklifləri qəbul edərdim”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Bu gün, 06:01
İran daxilindəki gərginlik və Pezeşkian–Əliyev yaxınlaşmasından doğan qorxu - Xameneinin “şahini” Azərbaycanı niyə hədəfə alıb?
Bu gün, 05:51
Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda - riyakarlıq...
Bu gün, 05:49
"Rusiya Avropa ilə dil tapdığı müddətdə Şimal dəhlizi aktual idi..." - AMMA İNDİ...
Bu gün, 05:46
Bilinmir: deputatdır, yoxsa QOÇU... - BU NƏDİ BELƏ?
Bu gün, 05:44
"Onu yemirəm, bunu yemirəm, bəsdirin, siz Allah..." - FOTO
Bu gün, 05:37
Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib
Dünən, 18:30
Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI - FOTO
Dünən, 13:00
Kərim məhkəmədən narazıdır
Dünən, 12:51
Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi
Dünən, 12:44
Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... - Direktor ailəsi ilə “pul dərnəyi” qurub
Dünən, 12:37
AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb - TƏFƏRRÜAT
Dünən, 12:31
Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur - İLGİNC
Dünən, 12:28
BAHALAŞMA GÖZLƏNİLİR... - DİQQƏT!
Dünən, 12:26
Buna görə Gürcüstandan GERİDƏYİK... - AXI NİYƏ?
Dünən, 12:24
"Elçin mənim mükafatımdır"
Dünən, 11:19
Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
Dünən, 11:17
SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... - BU NƏDİ BELƏ?
Dünən, 10:25
Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: - İlk sazişlər imzalandı
Dünən, 10:19
"UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Dünən, 10:03
Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
Dünən, 09:45
Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
Dünən, 09:43
“Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
Dünən, 09:36
Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
Dünən, 09:25
“Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
Dünən, 09:15
Görkəmli memar Arif Əzizov vəfat edib
Dünən, 09:13
SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` - "Telefonda deyiləni birtəhər uduruq, amma..."
Dünən, 09:07
Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” - NƏ BAŞ VERİR?
Dünən, 09:00
"`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." - NARAZILIQ VAR...
Dünən, 08:57
Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri
Dünən, 08:41
Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Tramp
Dünən, 08:38
İşçilərin əmək hüququ bu hallarda da pozulur... - Ekspert danışır...
Dünən, 08:36
“Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
Dünən, 07:41
ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ – MİDA-dan “güzəştli şərtlərlə” ev almaq adı ilə 67 min manatı ələ keçirildi
Dünən, 07:38
Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR - dövlətin bahalı TENDERYEYƏNİ
Dünən, 07:28
Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib - SİYAHI
Dünən, 07:11
Həm işçinin pulunu vermir, həm də hədələyir... - BU NƏDİ BELƏ?
Dünən, 07:09
Cəbrayılov: yerində olmayan başçı... Sakinlər problem içində, başçı para peşində...
Dünən, 07:03
Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
Dünən, 07:00
"Nazirlik imtina cavabı verir" - GİLEY
Dünən, 06:58
“Bolton planı” addım-addım həyata keçir - GƏLİŞMƏ
Dünən, 06:55
Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR - icra başçısına desə də...
Dünən, 06:52
Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: - Miqrantların aqibəti NECƏ OLACAQ?
Dünən, 06:27
Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı - FOTO
Dünən, 06:16
"Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" - Ekspert həll yolu GÖSTƏRDİ
Dünən, 06:13
Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir - GƏLİŞMƏ
Dünən, 06:09
Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… – “Bunu etməyin!”
Dünən, 06:06
“Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...” - Etibar Məmmədov
Dünən, 06:01
Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bir Azərbaycan vətəndaşına da şamil edildi - BUNDAN SONRA...
Dünən, 05:59
Məktəblərdə şagirdlərin hüquqları belə pozulur - AKTUAL
Dünən, 05:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru