“İndiki dövrdə dövlətin inkişafı uğurlu kadr siyasətindən asılıdır”
Tarix: 20-04-2018, 08:53 | Çap et
 Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” adlı məqaləsi cəmiyyətdə geniş rezonans doğurub. Məqaləni İlham Əliyevin yaxın 7 illik hakimiyyət dönəmi üçün nəzərdə tutduğu “yol xəritəsi” hesab edənlər az deyil.
Xatırladaq ki, R.Mehdiyevin məqaləsində yeni mərhələdə həyata keçiriləcək kadr, struktur islahatları ilə bağlı ciddi siqnallar əksini tapıb.
PA rəhbərinin üzərində dayandığı vacib məqamlardan biri struktur islahatlardır: “Dövlət idarəetmə sistemində islahatlar ağrılı və çətin prosesdir. Lakin siyasi hakimiyyəti güclü və sabit olan ölkələrdə iqtisadi islahatlar və struktur dəyişiklikləri rəvan bir şəkildə həyata keçirilir. Çünki hakimiyyətin siyasi gücü həmin islahatların aparılması yolunda qarşıya çıxan ”maneələri" asanlıqla dəf etməyə imkan verir".
Qeyd edək ki, PA rəhbəri barəsində çoxdan danışılan iqtisadi sferadakı bir-birini təkrarlayan dövlət qurumlarının ləğv ediləcəyinin anonsunu da verib. Məqalədə deyilir ki, iqtisadi yönümlü dövlət orqanlarının bir çoxunun fəaliyyətində bir-birini təkrarlayan funksiyalar və vəzifələr mövcuddur. R. Mehdiyevin məqaləsində struktur islahatlarında büdcəyə daxilolmalara ciddi önəm veriləcəyinə mesajlar var.
Administrasiya rəhbərinin ciddi siyasi platforma xarakterli məqaləsini dəyərləndirən politoloq Qabil Hüseynlinin fikrincə, məqalədə Azərbaycan dövlətçiliyinin gələcək inkişaf yolları əsasən 3 istiqamətdə cəmləşdirilib. Bunlar kadr siyasəti, struktur islahatları və dövlət vəsaitlərinin qənaətlə xərclənməsi, onlardan səmərəli istifadə məsələləridir. Doğrudan da, ölkədə prezident İlham Əliyevin vahid komanda prinsipi ilə işləyən komandası formalaşıb. Lakin bu komandanın təkmilləşməyə, gəncləşməyə, yeni təcrübəli, savadlı, gözü-könlü tox adamlarla zənginləşdirilməsinə böyük ehtiyac var. Ramiz Mehdiyev də öz fikirlərini bu istiqamətdə cəmləşdirib. Doğrudan da bütün dövrlərdə hər şeyi kadrlar həll edir. İndiki dövrdə də kadr siyasətindən dövlətin uğurlu inkişafı asılıdır. Bu nöqteyi-nəzərdən düşünürəm ki, yeni formalaşdırılacaq kadr korpusu günün tələblərinə, beynəlxalq ölçülərə, əsas standartlara cavab verəcək, əqli-mənəvi cəhətdən təmiz və öz dövlətini sevən, vətənpərvər insanlardan ibarət olacaq".
R.Mehdiyevin məqaləsində vurğulanan ikinci məqama-struktur islahatlarına gəlincə, Q.Hüseynlinin sözlərinə görə, onların aparılması zəruridir: “Çünki keçmiş sosialist respublikalarının bir çoxunda sovet dövründən qalma idarəçilik təcrübəsi, idarəetmə metodları, eləcə də bu metodları həyata keçirən idarəçilik strukturları qalmaqdadır. Müstəqil dövlətin öz müstəqil dövlətçilik prinsipləri olmalıdır. Bu prinsiplər idarəetmə aparatının, bürokratiyanın bütün istiqamətlərinə öz təsirini göstərməlidir. Zənnimcə, struktur islahatlarına artıq İlham Əliyev tərəfindən başlanılıb. Yenidən seçildikdən sonra bu islahatların daha dəqiqliklə, son məqama qədər, riskli addımlar atılmaqla həyata keçirilməsi, fikrimcə, idarəetmə aparatının sadələşdirilməsi, ucuzlaşdırılması, həm də idarəetmənin keyfiyyətinin yüksəldilməsinə gətirib çıxara bilər”.
Politoloq onu da deyir ki, dövlət vəsaitlərindən qənaətlə və səmərəli istifadə məsələsi də hazırda Azərbaycan üçün aktual istiqamətlərdən biridir: “Bu, çox ciddi əhəmiyyət kəsb edən məsələdir. Belə ki, artıq neft erasının elə bir mərhələsinə gəlib çatmışıq ki, dövlət vəsaitlərinə, büdcə pullarına ciddi qənaətlə yanaşmalı, hər qəpiyin qədrini bilməliyik. Xüsusən də bu sahədə olan dələduzluq, talançılıq, dövlət vəsaitlərinin mənimsənilməsi kimi hallara yol verilməməlidir. Bu prinsiplərin Ramiz Mehdiyev tərəfindən önə çəkilməsi mühüm məsələdir”. “Yeni Müsavat”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib
Bu gün, 18:30 |
|
|
|
• Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI - FOTO
Bu gün, 13:00 |
|
|
|
• Kərim məhkəmədən narazıdır
Bu gün, 12:51 |
|
|
|
• Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi
Bu gün, 12:44 |
|
|
|
• Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... - Direktor ailəsi ilə “pul dərnəyi” qurub
Bu gün, 12:37 |
|
|
|
• AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb - TƏFƏRRÜAT
Bu gün, 12:31 |
|
|
|
• Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur - İLGİNC
Bu gün, 12:28 |
|
|
|
• BAHALAŞMA GÖZLƏNİLİR... - DİQQƏT!
Bu gün, 12:26 |
|
|
|
• Buna görə Gürcüstandan GERİDƏYİK... - AXI NİYƏ?
Bu gün, 12:24 |
|
|
|
• "Elçin mənim mükafatımdır"
Bu gün, 11:19 |
|
|
|
• Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
Bu gün, 11:17 |
|
|
|
• SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:25 |
|
|
|
• Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: - İlk sazişlər imzalandı
Bu gün, 10:19 |
|
|
|
• "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Bu gün, 10:03 |
|
|
|
• Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
Bu gün, 09:45 |
|
|
|
• Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
Bu gün, 09:43 |
|
|
|
• “Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
Bu gün, 09:36 |
|
|
|
• Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
Bu gün, 09:25 |
|
|
|
• “Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
Bu gün, 09:15 |
|
|
|
• Görkəmli memar Arif Əzizov vəfat edib
Bu gün, 09:13 |
|
|
|
• SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` - "Telefonda deyiləni birtəhər uduruq, amma..."
Bu gün, 09:07 |
|
|
|
• Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” - NƏ BAŞ VERİR?
Bu gün, 09:00 |
|
|
|
• "`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." - NARAZILIQ VAR...
Bu gün, 08:57 |
|
|
|
• Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri
Bu gün, 08:41 |
|
|
|
• Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Tramp
Bu gün, 08:38 |
|
|
|
• İşçilərin əmək hüququ bu hallarda da pozulur... - Ekspert danışır...
Bu gün, 08:36 |
|
|
|
• “Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
Bu gün, 07:41 |
|
|
|
• ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ – MİDA-dan “güzəştli şərtlərlə” ev almaq adı ilə 67 min manatı ələ keçirildi
Bu gün, 07:38 |
|
|
|
• Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR - dövlətin bahalı TENDERYEYƏNİ
Bu gün, 07:28 |
|
|
|
• Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib - SİYAHI
Bu gün, 07:11 |
|
|
|
• Həm işçinin pulunu vermir, həm də hədələyir... - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Cəbrayılov: yerində olmayan başçı... Sakinlər problem içində, başçı para peşində...
Bu gün, 07:03 |
|
|
|
• Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
Bu gün, 07:00 |
|
|
|
• "Nazirlik imtina cavabı verir" - GİLEY
Bu gün, 06:58 |
|
|
|
• “Bolton planı” addım-addım həyata keçir - GƏLİŞMƏ
Bu gün, 06:55 |
|
|
|
• Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR - icra başçısına desə də...
Bu gün, 06:52 |
|
|
|
• Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: - Miqrantların aqibəti NECƏ OLACAQ?
Bu gün, 06:27 |
|
|
|
• Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:16 |
|
|
|
• "Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" - Ekspert həll yolu GÖSTƏRDİ
Bu gün, 06:13 |
|
|
|
• Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir - GƏLİŞMƏ
Bu gün, 06:09 |
|
|
|
• Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… – “Bunu etməyin!”
Bu gün, 06:06 |
|
|
|
• “Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...” - Etibar Məmmədov
Bu gün, 06:01 |
|
|
|
• Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bir Azərbaycan vətəndaşına da şamil edildi - BUNDAN SONRA...
Bu gün, 05:59 |
|
|
|
• Məktəblərdə şagirdlərin hüquqları belə pozulur - AKTUAL
Bu gün, 05:57 |
|
|
|
• İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir - İranın keçmiş səfirindən ilginc açıqlamalar
Bu gün, 05:54 |
|
|
|
• "Yeganə müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq"
Bu gün, 05:51 |
|
|
|
• İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər
Bu gün, 05:47 |
|
|
|
• Aİ-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə minib - Rusiya nefti BAHA SATILA BİLMƏZ
Bu gün, 05:43 |
|
|
|
• Ramin İsayevin əmlakı müsadirə edilə bilər - 15 il həbsi istənilir
Dünən, 23:43 |
|
|
|
• İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA - “Dəhlizin yaradılması…”
Dünən, 23:41 |
|
|
|
|