Əsas Səhifə > Hadisə / Manşet > Ölkəyə milyardlar qazandıran neftçilər BİT-BİRƏ İÇİNDƏ...

Ölkəyə milyardlar qazandıran neftçilər BİT-BİRƏ İÇİNDƏ...


31-07-2025, 10:02

Neft Daşları Neft Qaz Çıxarma İdarəsinin və Kompleks Qazma İşləri Trestinin işçilərinin yaşadıqları yaşayış blokunda acınacaqlı hal yaşanmaqdadır. "DİA-AZ" xəbər verir ki, yaşam şəraitindən gileylənən neftçilər öz müraciətlərində deyilər:
"DSÖ-1646-Dəniz stasionar özüldə yaşayış bloklar bit-birəynən (taxta biti) ilə doludur.
Əziyyət çəkirik qaşınmadan, dəhşətli vəziyyətdir. Döşəklər hamısı bit içindədir.
Bu istidə biz uzun müddət qeyri-insani şəraitdə qaşınırıq. Biz burada adam sayılmırıq.
Bədənimiz dişlək içindədi bu istidə... niyə belə antisanitar şəraitdə işləməliyik, axı?"
"DİA-AZ" qeyd edir ki, məsələyə dərhal reaksiya verən  Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı SOCAR Azneft İstehsalat Birliyinin sahə üzrə məsul şəxslərini təcili tədbir görməyə səsləyib.
Məsələ diqqətimizdədir...

Geri qayıt