Əsas Səhifə > Dünya > Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılırBu gün, 04:04 |
|
Ukraynanın tərəfdaşları “Enerji Ramştaynı” çərçivəsində Enerji Dəstəyi Fonduna əlavə 100 milyon avro ayıracaqlarını elan ediblər. APA xəbər verir ki, bunu Ukraynanın Baş nazir müavini və energetika naziri Denis Şmıqal bildirib. Onun sözlərinə görə, fond çərçivəsində yeni mexanizm tətbiq olunub – fövqəladə hallar üçün strateji ehtiyatların formalaşdırılması. Şmıqal qeyd edib ki, fondun fəaliyyəti genişləndiriləcək və bundan sonra bələdiyyə obyektləri də dəstək ala biləcək. Geri qayıt |