Əsas Səhifə > Dünya > İranın nüvə silahı olmayacaq
İranın nüvə silahı olmayacaqBu gün, 05:49 |
|
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ tezliklə İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə zəmanət verəcək. "Report" xəbər verir ki, o, aprelin 20-də radio aparıcısı Con Frederiksə verdiyi müsahibədə İranın nüvə proqramı barədə danışarkən belə deyib. "Bu baş verəcək və düşünürəm ki, çox tez baş verəcək. Onların nüvə silahı olmayacaq və biz buna icazə verməyəcəyik", - deyə o bildirib. Aprelin 17-də Ağ Ev rəhbəri ABŞ və İran nümayəndələrinin zənginləşdirilmiş uranı bu ölkədən çıxarmaq üçün birlikdə çalışacaqlarını və Tehranın Vaşinqtondan heç bir dondurulmuş aktiv almadan nüvə proqramını qeyri-müəyyən müddətə dayandırmağa hazır olduğunu bildirib. Amerika prezidenti həmçinin bildirib ki, İranla mümkün anlaşmanın əksər şərtləri artıq razılaşdırılıb. Geri qayıt |