Əsas Səhifə > Dünya > İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib

İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib


Bu gün, 05:21

İsrail Müdafiə Ordusu Cənubi Livan ərazisində hərbçilərdən birinin xristian icmasına məxsus İsa Məsih heykəlini dağıtması ilə bağlı yayılan görüntülərin həqiqiliyini təsdiqləyib.

Teleqraf xəbər verir ki, ordunun mətbuat xidməti bildirib ki, hadisə ilə bağlı ilkin araşdırma aparılıb və görüntülərdə İsrail hərbçisinin yer aldığı müəyyən olunub.

Qeyd edilib ki, bu davranış ordunun dəyərlərinə ziddir.

Bildirilib ki, hadisə ilə bağlı araşdırma davam etdirilir və məsul şəxslər barəsində müvafiq tədbirlər görüləcək.

Eyni zamanda vurğulanıb ki, İsrail ordusu Cənubi Livanda terror infrastrukturunun zərərsizləşdirilməsi ilə məşğuldur və mülki obyektlərə, o cümlədən dini tikililərə və simvollara zərər vermək niyyətində deyil.

Ordudan həmçinin qeyd olunub ki, yerli əhaliyə dəstək göstərilərək dağıdılmış heykəlin bərpasına kömək ediləcək.


Geri qayıt