Əsas Səhifə > Dünya > MKİ-nin Rusiya üzrə mütəxəssisi Alyaskadan sonra məxfi məlumatlara girişdən məhrum edilib
MKİ-nin Rusiya üzrə mütəxəssisi Alyaskadan sonra məxfi məlumatlara girişdən məhrum edilibBu gün, 07:50 |
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Rusiya üzrə aparıcı eksperti Alyaskada keçirilən Rusiya-Amerika sammitindən sonra təhlükəsizlik məlumatlara girişdən məhrum edilib. "Report"un xəbərinə görə, bu barədə "The Washington Post" qəzeti mənbələrə istinadən məlumat yayıb. Vurğulanıb ki, 29 il MKİ-də işləyən şəxs Avropaya göndəriləcəkmiş, lakin səfər baş tutmayıb. Nəşr qeyd edib ki, Rusiya üzrə aparıcı ekspertlərdən biri olan əməkdaş avqustun 15-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaskada keçirilən görüşünə hazırlıqda fəal iştirak edib. Nəşr onun təhlükəsizlik icazəsindən məhrum edilməsinin səbəblərini göstərmir. Geri qayıt |