Əsas Səhifə > Dünya > Aİ liderləri Ukraynanı dəstəkləyən bəyanat qəbul edib
Aİ liderləri Ukraynanı dəstəkləyən bəyanat qəbul edibBu gün, 11:01 |
Avropa İttifaqı (Aİ) Ukraynanın öz gələcəyini müstəqil şəkildə müəyyən etmək hüququnu təsdiqləyib və ölkənin Aİ-nin üzvü olması yolunda dəstəyi davam etdirməyə hazır olduğunu bildirib. “Report”un Avropa bürosunun məlumatına görə, bu barədə Aİ-nin dövlət və hökumət başçılarının bəyanatında deyilir. Macarıstan bu sənədi imzalamaqdan imtina edib. Sənəddə ABŞ Prezidenti Donald Trampın "Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin dayandırılmasına və onun üçün ədalətli, davamlı sülh və təhlükəsizliyin əldə edilməsinə yönəlmiş" səyləri alqışlanır. Aİ ölkələrinin başçıları bəyan ediblər ki, Aİ ABŞ və digər müttəfiqlərlə əlaqəli şəkildə Ukraynaya siyasi, maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik yardım göstərməyə, həmçinin Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə davam edəcək. Liderlərin fikrincə, konstruktiv danışıqlar yalnız atəşkəs və ya döyüş əməliyyatlarının intensivliyinin azaldılması şəraitində mümkündür. Xəbər verildiyi kimi, avqustun 15-də Alyaskada ABŞ Prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putin arasında görüş keçiriləcək. Görüşdə Ukraynada müharibənin dayandırılması məsələsi müzakirə olunacaq. Geri qayıt |