Əsas Səhifə > Dünya > ABŞ-yə qarşı hörmətli münasibəti geri qaytarmışam
ABŞ-yə qarşı hörmətli münasibəti geri qaytarmışamBu gün, 06:25 |
Rusiya, Çin və Şimali Koreya liderlərinin Vaşinqtona qarşı hörmətli münasibətini geri qaytarmağa nail olmuşam. Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirib. Amerika lideri Rusiya Prezidenti Vladimir Putinin jurnalistlərlə görüşü zamanı onun haqqında söylədiklərini "xoş" hesab etdiyini deyib. "Putin ölkəmizə hörmət edir, Çin sədri Si Cinpin, Kim Çen In da ölkəmizə hörmət edirlər", - o vurğulayıb. Trampın sözlərinə görə, bir il əvvəl dünya və xüsusilə Rusiya Prezidenti əvvəlki Ağ Ev rəhbəri Cozef Baydenin və onun komandasının səriştəsizliyi səbəbindən ABŞ-yə hörmət etmirdi. Xatırladaq ki, Putin Minsk səfərinin yekunlarına haqqında danışarkən Trampı “cəsarətli insan” adlandırmışdı. Geri qayıt |