Əsas Səhifə > Dünya > Trampın andiçmə mərasiminin yerinin dəyişdirilməsi məmurları çaş-baş salıb
Trampın andiçmə mərasiminin yerinin dəyişdirilməsi məmurları çaş-baş salıb18-01-2025, 10:16 |
![]() Minlərlə insan, o cümlədən hüquq mühafizə orqanları və tədbirin təşkilində iştirak edən bir sıra dövlət qulluqçuları ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasiminin yerinin hava şəraiti səbəbindən dəyişdirilməsi barədə bəyanatından çaşqın qalıblar. Bu barədə “Report” "Washington Post" nəşrinə istinadən xəbər verir. "Hüquq-mühafizə orqanlarının əməkdaşları təcili iclaslar çağırıblar. Konqres üzvləri dəyişikliklər barədə mətbuatdan xəbər tutublar və daha sonra şənliklərə bilet almış seçicilərdən daxil olan yüzlərlə zəngi cavablandırmalı olublar", – nəşr yazır. Daha əvvəl Tramp soyuq hava səbəbindən andiçmə mərasiminin qapalı məkanda keçirilməsi barədə göstəriş verdiyini təsdiqləyib və tədbirin əsas hissəsi Kapitoli rotondası​nda təşkil olunacaq. Proqnozlara görə, yanvarın 20-də Vaşinqtonda temperaturun -12 dərəcəyə qədər enməsi gözlənilir. Qeyd olunur ki, işçilər Trampın and içəcəyi Kapitoli rotondası​nda tez bir zamanda yeni tribunanın quraşdırılmasına başlayıblar. Ölkənin hər yerindən təyyarə biletləri alan və Vaşinqtonda hotel bron edən minlərlə insan paytaxta səfər planlarını yenidən nəzərdən keçirməli olub. Geri qayıt |