ABŞ-dan OPEC-ə qarşı sərt addım - Neft bazarını nə gözləyir?
Tarix: 14-05-2021, 09:48 | Çap et
 ABŞ Konqresinin Nümayəndələr Palatasının Hüquq komitəsi OPEC üzvü olan ölkələrə qarşı antiinhisarla bağlı məhkəmə iddialarına icazə verən qanun layihəsini təsdiqləyib. Bundan sonra layihəyə Nümayəndələr Palatası tərəfindən baxılmalıdır. Qanun layihəsi ABŞ Ədliyyə Nazirliyinə OPEC üzvü ölkələrinə qarşı antiinhisar iddialarını başlatmaq imkanı yaradır və ABŞ məhkəmələrinə bu kimi işlərə baxmaq səlahiyyətini verir. Layihə müəllifləri iddia edirlər ki, OPEC üzvləri qiymətlərə nəzarət məqsədilə xam neft istehsalını məhdudlaşdırmaq üçün qəsdən sövdələşir və xam neft qiymətlərini şişirdirlər.
Bəs ABŞ-da bu qanun layihəsi qüvvəyə minsə, bunun neft bazarına təsirləri necə olacaq?
Neft ucuzlaşa bilər İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, onsuz da OPEC kartel sövdələşməsini gizlətmir: "Yəni kartel sövdələşməsi vasitəsilə qiymətlərə təsir mexanizmlərinin yaradılmasını OPEC özü də elan edir. İlk dəfə 2000-ci illərin əvvəllərində ABŞ-da məhkəmə qaydasında OPEC ilə bağlı qərar verilməsi cəhdi olmuşdu. Amma bununla bağlı qanun olmadığı üçün iddia ləğv edilmişdi. Bu qanun qəbul edilsə, iddiaların qaldırılması mümkün olsa, OPEC-in gələcək taleyi sual altına, şübhə altına düşəcək. Çünki digər sahələrdə kartel sövdələşmələri vasitəsilə qiymətlərin qaldırılması qadağandır. Dərhal antiinhisar qanunvericiliyi işə düşür, böyük cərimələr tətbiq edilir və ölkələr həmin şirkətləri çox ciddi cəzalandırırlar. Neft ilə bağlı OPEC təşkilatına bir az tolerant yanaşılırdı. Amma görünür, indi bununla bağlı yeni qanun layihələrinin qəbul edilməsi ehtimalı artır".
Onun fikrincə, burada əsas məsələ həm də bir presedent yaratmaqdır:
"Çünki digər sahələrin istehsalçıları da oxşar təşkilatlar yaratmağa cəhd göstərirdilər. Məsələn, bir müddət öncə qaz üzrə OPEC yaratmaq və yaxud əlvan metallar üzrə təşkilat yaratmaq cəhdləri olmuşdu. Düşünürəm ki, bu, gələcəkdə kartel sövdələşmələri vasitəsilə dünya bazarlarında qiymətlərə təsirinin olmaması üçün zəmin yaratmaq ideyasıdır". "Bu qanun qəbul edilsə, neft qiymətlərinə təsiri necə olacaq?" sualına iqtisadçı belə cavab verib: "Bu addım atılarsa, neft qiymətləri daha çox tələb-təklif əsasında tənzimlənəcək. Amma OPEC hasilatı süni şəkildə azaltmasaydı, neftin qiyməti indiki 65 dollar səviyyəsində olmazdı. Yəni hasilatın həcmi süni şəkildə azaldıldı və qiymət qalxdı. Əgər indi OPEC belə qərarlar qəbul edə bilməsə, neft qiymətlərini əvvəllər olduğu kimi, tələb və təklif müəyyən edəcək. Bu da qiymətlərin ilkin mərhələdə ucuzlaşmasına səbəb ola bilər".
Avropa və Asiya bazarları uğrunda savaş Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli isə Sputnik Azərbaycan-a deyib ki, son dövrlər ABŞ tərəfindən reallığa uyğun olmayan addımlar atılır: "Bu gün OPEC+ ölkələri neft bazarını tənzimləyir və bu, normaldır. Hazırda ABŞ neft məhsullarının ixracına görə ilk üçlüyə daxil olub. Əvvəllər ABŞ ancaq neft idxal edirdi, indi isə ən böyük neft ixracatçılarından birinə çevrilib. Ona görə ABŞ yeni bazarlar əldə etmək istəyir və belə yollara əl atır. ABŞ-ın addımı neft bazarına təsir edə və qiymətlər ucuzlaşa bilər. Lakin ABŞ-ın bu addımı normal deyil. Əksinə, ABŞ-ın özü süni yolla müdaxilə edib bazarı əldə etmək istəyir. Bu gün Avropa və Asiya bazarları uğrunda savaş gedir. ABŞ istəyir ki, OPEC hasilatı artırmasın və o, öz məhsullarını bazara çıxarsın. Yəni ABŞ bu təzyiq alətlərindən istifadə edərək OPEC+ ölkələrinə təsir etmək istəyir".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Çimərliklərdə təxirəsalınmaz tədbirlər görülür - FOTO
Bu gün, 14:03 |
|
|
|
• Bakıdan Moskvaya mesaj: Təyyarə qəzasının üzərindən sükutla keçilməyəcək! - GƏLİŞMƏ
Bu gün, 13:39 |
|
|
|
• Tarixlərdə yaşayacaq sənətkar Ramiz Əzizbəyli.. - ANIM
Bu gün, 13:26 |
|
|
|
• Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın... - REAKSİYA
Bu gün, 13:23 |
|
|
|
• “Hazır olun, bunu birlikdə edəcəyik” - Baş nazir müraciət etdi
Bu gün, 12:02 |
|
|
|
• Paşinyandan ilginc paylaşım... - II Qaregini elə birinə bənzətdi ki…
Bu gün, 11:59 |
|
|
|
• Rusiyanın gücü yoxdur, Qafqazdan çıxarılır - GƏLİŞMƏ
Bu gün, 11:56 |
|
|
|
• Bakıda faciənin qapısından dönüldü - TƏFƏRRÜAT
Bu gün, 11:00 |
|
|
|
• Rusiyanın Ukraynaya qarşı planı: - Eyni anda 2 min PUA...
Bu gün, 10:58 |
|
|
|
• Kreml Azərbaycan diasporunu “Pautina” ilə vurur - Ukrayna kəşfiyyatının əməliyyatını azərbaycanlılara bağlayırlar
Bu gün, 10:56 |
|
|
|
• İlham Əliyevdən YENİ İSMARICLAR - Hər şey açıq və net idi...
Bu gün, 10:52 |
|
|
|
• Naxçıvanda baş nazir və çevrəsinin 345 KODLAMASI - komandada daha kimlər var...
Bu gün, 10:50 |
|
|
|
• İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ - TƏFƏRRÜAT
Bu gün, 09:55 |
|
|
|
• Putin Ukrayna müharibəsini davam etdirməklə hər şeyi itirə bilər - KİV
Bu gün, 09:51 |
|
|
|
• İranın Azərbaycan və Türkiyə qarşısında gücü qalmayıb - Dəhliz açılacaq
Bu gün, 09:49 |
|
|
|
• AB Bakının bu siyahıya düşməsi üçün “çox çalışıb”... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 09:46 |
|
|
|
• "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Bu gün, 06:01 |
|
|
|
• İran daxilindəki gərginlik və Pezeşkian–Əliyev yaxınlaşmasından doğan qorxu - Xameneinin “şahini” Azərbaycanı niyə hədəfə alıb?
Bu gün, 05:51 |
|
|
|
• Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda - riyakarlıq...
Bu gün, 05:49 |
|
|
|
• "Rusiya Avropa ilə dil tapdığı müddətdə Şimal dəhlizi aktual idi..." - AMMA İNDİ...
Bu gün, 05:46 |
|
|
|
• Bilinmir: deputatdır, yoxsa QOÇU... - BU NƏDİ BELƏ?
Bu gün, 05:44 |
|
|
|
• "Onu yemirəm, bunu yemirəm, bəsdirin, siz Allah..." - FOTO
Bu gün, 05:37 |
|
|
|
• Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib
Dünən, 18:30 |
|
|
|
• Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI - FOTO
Dünən, 13:00 |
|
|
|
• Kərim məhkəmədən narazıdır
Dünən, 12:51 |
|
|
|
• Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi
Dünən, 12:44 |
|
|
|
• Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... - Direktor ailəsi ilə “pul dərnəyi” qurub
Dünən, 12:37 |
|
|
|
• AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb - TƏFƏRRÜAT
Dünən, 12:31 |
|
|
|
• Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur - İLGİNC
Dünən, 12:28 |
|
|
|
• BAHALAŞMA GÖZLƏNİLİR... - DİQQƏT!
Dünən, 12:26 |
|
|
|
• Buna görə Gürcüstandan GERİDƏYİK... - AXI NİYƏ?
Dünən, 12:24 |
|
|
|
• "Elçin mənim mükafatımdır"
Dünən, 11:19 |
|
|
|
• Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
Dünən, 11:17 |
|
|
|
• SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... - BU NƏDİ BELƏ?
Dünən, 10:25 |
|
|
|
• Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: - İlk sazişlər imzalandı
Dünən, 10:19 |
|
|
|
• "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Dünən, 10:03 |
|
|
|
• Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
Dünən, 09:45 |
|
|
|
• Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
Dünən, 09:43 |
|
|
|
• “Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
Dünən, 09:36 |
|
|
|
• Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
Dünən, 09:25 |
|
|
|
• “Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
Dünən, 09:15 |
|
|
|
• Görkəmli memar Arif Əzizov vəfat edib
Dünən, 09:13 |
|
|
|
• SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` - "Telefonda deyiləni birtəhər uduruq, amma..."
Dünən, 09:07 |
|
|
|
• Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” - NƏ BAŞ VERİR?
Dünən, 09:00 |
|
|
|
• "`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." - NARAZILIQ VAR...
Dünən, 08:57 |
|
|
|
• Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri
Dünən, 08:41 |
|
|
|
• Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Tramp
Dünən, 08:38 |
|
|
|
• İşçilərin əmək hüququ bu hallarda da pozulur... - Ekspert danışır...
Dünən, 08:36 |
|
|
|
• “Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
Dünən, 07:41 |
|
|
|
• ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ – MİDA-dan “güzəştli şərtlərlə” ev almaq adı ilə 67 min manatı ələ keçirildi
Dünən, 07:38 |
|
|
|
|