"DoğruXeber.az" xəbər verir ki, bir neçə gündür sosial şəbəkələrdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri Fəxrəddin Quliyevin iş otağında lentə alınmış qeyri-etik görüntülər cəmiyyətin diqqət mərkəzindədir. Görüntülər yayıldıqdan dərhal sonra həmin şəxs öz ərizəsi ilə vəzifəsindən azad olunduğu qeyd olunur. Lakin məsələ yalnız bir həkimin “əxlaqsızlığı” ilə yekunlaşacaq qədər sadə deyil – bu, əslində daha dərin və təhlükəli prosesin görünən üzüdür.
VİDEO: https://vt.tiktok.com/ZSBbhCn5Y/
Aparılan araşdırmalar göstərir ki, həmin görüntülər üçüncü bir şəxs tərəfindən deyil, bilavasitə münasibətdə olduğu qadın tərəfindən çəkilib və sonradan bu material şantaj vasitəsinə çevrilib. Deyilənə görə, qarşı tərəflə razılığa gəlməyən şöbə müdirinin videosu ictimailəşdirilib.
 Burada məsələ artıq təkcə fərdi davranış məsuliyyəti deyil, ümumilikdə səhiyyə sektoruna nəzarətsizlik və rəhbərlik səviyyəsindəki boşluqlardır. Sual olunur: TƏBİB-in rəhbəri Vüqar Qurbanov haradadır? Bu və buna bənzər özbaşınalıqlar necə və niyə baş verir? Axı söhbət təkcə Beyləqandakı bir həkimin əxlaqsızlığından deyil, sistemli şəkildə nəzarətsiz qalan bir sahədən gedir.
TƏBİB-in tərkibində olan səhiyyə ocaqları bir çox hallarda özfəaliyyət səhnələrini xatırladır. Həkimlərin fəaliyyəti nəzarətsiz, etik normalar isə yalnız kağız üzərində mövcuddur. Təbii ki, belə vəziyyətlərdə korrupsiya, özbaşınalıq və mənəvi çöküş də qaçılmaz olur. Bu da bir daha sübut edir ki, TƏBİB sadəcə struktur olaraq mövcuddur, amma funksional olaraq iflic vəziyyətindədir.
Eyni hal təəssüf ki, digər sahələrdə də müşahidə olunur. Təhsil, mədəniyyət və idman sektorları da uzun zamandır dövlətin nəzarətindən kənar qalıb. Təhsil sistemində savad yox, saxta diplomlar, mədəniyyətdə yaradıcılıq yox, yarıtmaz tədbirlər, idmanda isə nəticə yox, reklam var. Bunlar dövlətin ideoloji sütunlarıdır – və bu sütunlar çökmək üzrədir.
Xatırladaq ki, bu, dövlət qurumlarında qeydə alınan ilk belə biabırçılıq deyil. Bir neçə il əvvəl Fövqəladə Hallar Nazirliyinin inzibati binasında yüksək rütbəli məmurun əxlaqsız görüntüləri ictimailəşmişdi. Heç bir nəticə çıxarılmadı. Dövlət məmurunun bu cür davranışı təkcə fərdi məsuliyyət deyil, dövlətin adına ləkədir.
Cəmiyyətin gözünün önündə baş verən bu tənəzzül prosesinə kimsə “dayan” deməlidir. Əks halda, bu cür hallar adi hal kimi qəbul ediləcək, əxlaqsızlıq və məsuliyyətsizlik normaya çevriləcək.
Çox təəssüf...
DoğruXeber.az
Geri qayıt
|