Əsas Səhifə > Sosial / Manşet > SOCAR-ın rəhbərliyi islahatı elə ilk olaraq BURDAN BAŞLAMALI İDİ...

SOCAR-ın rəhbərliyi islahatı elə ilk olaraq BURDAN BAŞLAMALI İDİ...


Bu gün, 08:53

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı NHMT-nin sosial şəbəkə hesabında paylaşılan və SOCAR çalışanlarından birinə aid olduğu şübhə doğurmayan bir geniş açıqlamanı ictimailəşdirib. "DİA-AZ" oxucuları üçün də maraqlı olacağını düşündüyümüzdən həmin yazını NHMT sədrinə istinadla təqdim edirik:
"Bugünkü vəziyyətdə siravi fəhlə vəzifələrini ixtisara salib, müxtəlif adlar altinda vətəndaşlari işsiz qoyanlarin bir məsuliyyəti də SOCAR-ın İnsan Resurslari adlanan Departamentinin (İRD) üzərinə düşür. Defakto bütün idarələr "işəgötürən" hüquqi şəxs qismində gedirsə elə isə bu İRD kimə və nəyə lazimdir? Oradaki işçilərin gördükləri işi hər idarənin kadrlari başda olmaqla təşkil olunmuş komissiyalar yerinə yetirə bilər. Əgər belədirsə, o quruma ayrilan bu qədər milyonlar niyə boşuna xərclənir? Nəzərə almaq lazimdir ki, həmin qurumun işə qəbul və yerləşdirmə səviyyəsi həm nəzəri həm də praktiki olaraq çox səmərəsiz səviyyədədir. Dəfələrlə bu söhbət danişilib ki, müsabiqələr zamani istehsalatlardan ekspert qismində dəvət olunmuş mütəxəssislərə müsabiqənin sonunda layiqli olan namizədi deyil, İRD-inin "məsləhət bildiyi" namizədin adi yekun protokolda qalib kimi qeyd olunub və bu da münsiflər heyətində haqli naraziliq yaradib ki nəticədə daha heç kim həmin proseslərdə istirak etməyə raziliq vermir.
Socarin bəh-bəhli təqdimatlarinda strukturdaxili idarəetmə və iş prinsipində dünyanin az qala ən öndə gedənlərin təcrübə və standartlarindan istifadə olunduğu kimi deyilsə də realliq tam fərqlidir. Mobil operator uzmanlari istehsalatdaki proseslərin gedişindən heç bir təsəvvürləri belə olmaya-olmaya ofislərində oturub 50 cür qeyri adi adlar fikirləşərək özləri barədə işləyən imitasiyasini yaratmağa çalişirlar. Strateji... Kosmik... Fövqəlbəşər... İnnovasiya... Qoymagəldi... və s. kimi adı olan şöbələr və lazımsız layihələr...
İllərin mütəxəssisləri qaldi bir qiraqda - işdən anlayışı olmayanlar, iş təcrübəsi keçməyənlər gəlib bu gün insanları və işi idarə etməyə cəhdlər edirlər.
Yekun: SOCAR-ın İnsan Resurslari Departamentinin maliyyə dövriyyəsi kənar qurumlardan təşkil olunmuş komissiya tərəfindən təftis edilməli, həmin qurum qeyri - effektiv fəaliyyətinə görə və xərclərin qənaəti məqsədilə birmənali olaraq ləğv edilməli, işə qəbul və yerləşdirmə məsələləri müəssisələrin daxili imkanları hesabına təşkil və təhkim olunmalıdır..."

Geri qayıt