Əsas Səhifə > Sosial / Manşet > Nəsə bu dəfə qanun işləmədi...
Nəsə bu dəfə qanun işləmədi...Bu gün, 09:49 |
Son aylar sosial şəbəkələrdə və elektron mediada Təhsil Nazirliyinin tabeliyindəki qurumlardan olan şikayətlərin sayı artıb. Bunlar əsasən orta ümumtəhsil məktəblərində, ali və orta ixtisas müəssisələrində yol verilən neqativ hallarla bağlıdır. Daha çox direktor-mülləm, müəllim-valideyn arasında yaranan narazılıqlar barədə olan belə şikayətlərə geniş ictimaiyyətin də münasibəti birmənalı olmadığı açıq-aşkar görsənir. Elektron mediada Təhsil Nazirliyinin Regional Təhsil İdarələrində baş verən qanunsuzluqlara bağlı kifayət qədər geniş məlumatlar var. Regional Təhsil İdarələrinin rəhbərlərinin bölgələrdəki məktəblərdə yol verdikləri qanun pozuntuları da buraya daxildi. Aktualinfo.org-un elektron poçtuna daxil olmuş məktubda isə şikayət bir az fərqldir. Məktubda şikayət Regional Təhsil İdarəsinin rəhbərindən deyil, sektor müdiri, baş mühasibindəndir. Söhbət Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən gedir. Məlumatda qeyd edilir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin keçmiş maliyyə-iqtisadiyyat sektorunun müdiri, hal-hazırda regionun Gəncə şəhəri üzrə baş məsləhətçisi, yəni ( baş mühasibi) və regionun qara kassası Gülnar Əhəd qızı Hadıyevanın dövlət qulluğu vəzifəsi üzrə sertifikatının vaxtı 26.11.2023-cü il tarixdə bitdiyinə, yəni sertifikat qüvvədən düşdüyünə baxmayaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanunun maddə 28-1-ə (Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi) zidd olaraq fəaliyyətini hələ davam etdirir. O, 26.11.2023-cü il tarixdən hal-hazırkı tarixədək dövlət qulluğu vəzifəsində müddətsiz müqavilə ilə işləmiş və hər ay özünə dövlət qulluğu vəzifəsinin əmək haqqını, əlavə haqq və mükafat yazaraq külli miqdarda 1 il 1 ay, yəni 13 ay 920,25 manat əmək haqqı, 6 dəfə mükafat, yekunda 17 484,75 manat məbləğində pul vəsaiti mənimsəmişdir.
Həmçinin 2022,2023,2024-cü illərdə məktəblərin bufetlərindən yığılan 3-cü fonun pulundan smetada nəzərə alınmadığı halda özünə 2023-cü il dekabr ayında 100% və 150% ümumlikdə 250% mükafat yazıb.Təsdiq edici sənədləri lazımı dövlət orqanlarına təqdim edilə bilər. (https://portal.dxa.gov.az/) bütün sənədlər öz əksini tapıb.
Mənimsəməyə baxmayaraq Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin şefi olan Gülnar Hadıyeva barəsində rəhbərlik tərəfindən heç bir ölçü götürülməmiş hal hazırda fəaliyyətinə davam etdirərək GDRTİ-də baş məsləhətçi
olaraq işinə davam edir. Özü deyir ki, burda mənəm, bağdada kor xəlifə, heç kim mənə heçnə edə bilməz. İstədiyi işçini qara yollarla işə götürür ona baş əyməyən işçiləri isə işdən azad edir. Çünki şefdir axı, necə özünə saxta yollarla pul yazıb elə də GDRTİ-də maliyyə iqtisadiyyat sektorunun müdiri əvəzi işlədiyi dövrdə həmçinin hal hazırda regionun Gəncə şəhəri üzrə baş məsləhətçi olduğu dövrdə maliyyə üzrə qanunsuz olaraq külli miqdarda vəsait mənimsəmişdir. Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Kərimov Elçin Vaqif oğludur. O, bu vəzifəyə Elm və Təhsil naziri Emin Əmrullayevin 30 oktyabr 2024-ci il tarixli əmri ilə təyin edilib. Xatırladaq ki, Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin əhatə dairəsinə Gəncə şəhəri, Goranboy, Naftalan, Göygöl, Samux, Daşkəsən rayonlarının təhsil sektorları daxildir. Aktualinfo.org Geri qayıt |