Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa....

Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa....


Bu gün, 04:18

Suraxanı rayonunun Hövsan qəsəbəsində – quşçuluq sovxozunun ərazisində baş verənlər artıq adi qanun pozuntusu çərçivəsini çoxdan aşıb. Redaksiyamıza daxil olan məlumatlara görə, ərazidə heç bir rəsmi icazə olmadan qanunsuz artırma və tikinti işləri aparılır. Bu isə bir daha göstərir ki, bəzi şəxslər üçün qanun sadəcə kağız üzərində mövcuddur.
Ən düşündürücü məqam isə budur: bu ərazi həmişə müxtəlif “nəzarətçilərin” diqqət mərkəzində olub. Bəs indi nə dəyişib? Necə olur ki, belə açıq-aşkar qanunsuzluq göz önündə həyata keçirilir, amma məsul şəxslər susqunluq nümayiş etdirir?Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev və onun “qeyri-rəsmi qoçuları” nə əcəb bu dəfə ya görməzdən gəlir, ya da ümumiyyətlə, xəbərsiz kimi davranırlar.
Bu susqunluq təsadüfdürmü, yoxsa arxasında daha ciddi maraqlar dayanır? Əgər doğrudan da icazəsiz tikinti aparılırsa, aidiyyəti qurumlar niyə dərhal müdaxilə etmir? Yoxsa yenə də kimlərsə qanundan üstün tutulur?
Unutmaq olmaz ki, qanunsuz tikinti təkcə bir ərazinin problemi deyil – bu, ümumi rayonun idarəetmə sisteminə və hüququn aliliyinə açıq meydan oxumaqdır. Bir dəfə göz yumulanda, bu hal domino effekti ilə digər ərazilərə də yayılır.

Görünən odur ki, əvvəl aldığı töhmət belə icra başçısı üçün dərs olmayıb. Əksinə, cəzasızlıq mühiti daha da cəsarət verir. Əgər bu gün Hövsanda baş verənlərə reaksiya verilməsə, sabah eyni mənzərəni başqa ünvanlarda da görəcəyik.
Aidiyyəti qurumlar artıq susmamalıdır. Qanun hər kəs üçün eyni tətbiq olunmalıdır – istər adi vətəndaş olsun, istərsə də “arxası olan”lar.

Nyus.Az


Geri qayıt