Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?"

"Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?"


Bu gün, 13:50

Tanınmış aparıcı Elçin Əlibəyli "Azəriqaz"ın smart kartlarına ödəniş edə bilməməyindən şikayətlənib.

Aparıcı "Azəriqaz" smart kartlarına ödəniş etmək üçün olan terminlların işləmədiyini dilə gətirib:

""Azəriqaz" İstehsalat Birliyi sizin Smart (əslində işə yararsız) kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür? Terminal işləmir deyirsiniz, pulu qəbul edir, hesaba köçürə bilmir. Əcəbdir, işləmir pulu da qəbul etməsin də! Bu nə məntiqdir. Həm ödəniş et, həm də bir neçə dəfə terminalların qarşısında əzab çək və nəticəsiz qalsın əməyin! Ən sadə işin öhtəsindən gəlmək özü də istedaddır. Görün nəyə ümid bağlamalı oluruq?!"

Azxeber.com


Geri qayıt