Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > Onlayn xidmət budursa...
Onlayn xidmət budursa...Dünən, 14:20 |
"Şikayətim "Biletim.az" platforması və Qusar avtovağzalındandır..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Nigar Musazade adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Online bilet alıb yer seçirsən, amma avtovağzala çatanda moizə oxuyurlar. Avtobus dəyişdirilir, seçdiyim yer isə avtomatik olaraq başqa yerə düşür.
Üstəlik, avtobus nəzərdə tutulmuş vaxtdan 40 dəqiqə gec çıxır. Problemi həll etmək üçün isə hər kəs məsuliyyəti başqasının üstünə atır. Düşünürəm ki, bu vəziyyətdən çox insan əziyyət çəkir, amma hələ də heç kim həll yolunu tapmayıb..."
Geri qayıt |