Əsas Səhifə > Araşdırma / Güney Press / Manşet > Qarabağ qazisindən icra başçısına MÜRACİƏT
Qarabağ qazisindən icra başçısına MÜRACİƏTBu gün, 12:14 |
Sabirabad rayonu, Qəfərli kənd sakini, 44 günlük Vətən Müharibəsinin iştirakçısı Gülaliyev Əli Şirvan oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Cabbarov Siraqəddin Nəcəf oğluna müraciət edir: "Hörmətli Siraqəddin Cabbarov! Mən, Gülaliyev Əli Şirvan oğlu, 44 günlük Vətən Müharibəsinin iştirakçısı olmuşam. Fizuli, Cəbrayl, Zəngilan, Qubadlı, Hadrut və Laçın istiqamətindəki döyüşlərdə iştirak etmişəm. 5 medalla təltif olunmuşam. Hazırda maddi cəhətdən vəziyyətim ağırdır. Bu səbəbdən də Sizinlə və Bələdiyyə sədri ilə dəfələrlə görüşüb, torpaq yeri üçün müraciət etmişəm. Xahiş edirəm, mənim bu müraciətimi nəzərə alasınız. Anam 2-ci qrup əlildir. Kənd bələdiyyəsi Niyaməddin bəy məni başından edir. Bu günə kimi torpaq almağımla bağlı heç bir köməklik göstərmir. 3 övlad böyüdürəm. Mən heç kəsdən pul və yaxud da yardım istəmirəm. Haqqım olanı verin, əkim-becərim, ailəmi saxlayım". Məsələ ilə bağlı Cəlilabad rayon Bələdiyyəsinin sədri Niyamıddin bəylə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. Geri qayıt |