Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > Amal Qrup MMC-nin özbaşnalığı….

Amal Qrup MMC-nin özbaşnalığı….


Bu gün, 12:58

Artıq bir ildir ki, Amal Qrup işini gördürdüyü şirkətin, təhçizatçıların ödənişlərini ödəmək istəmir. Səbəbi bilən varmı? Əlbəttəd ki xeyr!..

Poliqon xəbər verir ki, bu müddət ərzində Amal Qrupa qrupa rəsmi və qeyri rəsmi xəbərdarlıqlar olunub, ölkə rəhbərliyinə şikayətlər göndərilib. Məsələ burasındadır ki, verdiyi vədə əməl etməyən AMAL Qrup MMC-nin direktoru Orxan İbrahimli görünür söykəndiyi qüvvələrə arxayındır ki, bir ildən artıqdır borcu olduğu subpodratçı şirkətin pulunu ödəmək istəmir. Amal Qrup MMC bir çox iri layihələr və tenderlərin qalibi elan olunub...

Şikayətçilərin bildirdiyinə görə şirkətin direktoru Orxan İbrahimli, əvvəlcə subpodratçı şirkətə ödənişinin olduğunu etiraf etmək əvəzinə Upsilon MMC-dən şikayətçi olacağını bildirib. Burda deyiblər: adımı sənə qoyum, səni də yana yana qoyum.

Şikayətçilər qeyd edirlər ki, artıq 13 aydır ki, Upsilon MMC qurumların qapısını döyərək müxtəlif qurumlardan dəstək istəyir. Bu işin hüquqi yolu olsa da işin məhkəmələrə düşəcəyi qarşı tərəfin də etirazları ilə prosesin uzanacağı ehtimal edildiyindən, şirkətin təsisçisinə, direktoruna rəsmi və qeyri rəsmi mesajlar göndərlib, müraciətlər edilib. Amma nə fayda ? Orxan İbrahimli burda "mənəm Bağdadda kor xəlifə" misalı ilə davranaraq öz ‘‘prinsipiallığına’’ davam edir. Əvvəlcə ‘‘möhtərəm’’ direktor rəsmi faktlara baxmayaraq subpodartçı şirkətə ödənəcək məbləği ödəməməklə yanaşı, Upsilon MMC-yə məxsus inventoru girov götürərək, şikayətdən və borcdan imtina qarşılığında inventorları da geri verəcəyini bildirirdi. Rəsmi edilən şikayətlərdən , məsələnin ictimailəşməsindən sonra "Amal Qrup" rəhbərliyi nəhayət inventoru bu ilin mart ayında "girovluqdan" azad etdi. Borcun təxminən 10 %-ni ödə.

"Sözlər verilmişdi ki, bu borc yaxın günlərdə tam həll olunacaq. Amma yenə də "Amal Qrup"un direktoru Orxan İbrahimli öz iddiasından və hikkəsindən əl çəkmək bilmir. İlkin ödənişdən sonra "Amal Qrup"la bölgənin tikintisi və bərpasında məsul olan Şərqi Zəngəzur Tikinti Bərpa qurumunun təşkilatçılığı ilə görüş keçirildi, ümid edildi ki, borclar tam ödənəcək. Bundan sonra bir neçə görüşlər keçirilməsinə, rəsmi sənədlər, qaimələr təqdim edilməsinə baxmayaraq Amal Qrup rəhbərliyi real addım atmaq istəmir", deyə şikayətdə bildirilir.

Bu gün inşaat gedən Qubadlı rayonu Zilanlı kəndi ərazisinə mal, material aparan, texnika icarəyə verən təhçizatçılar ciddi narazıdırlar. İnsanlar min bir əziyyətlə inşaat bölgəsinə apardıqları təhçizatın pulunu ala bilmirlər. Artıq son dərəcə ağır maddi böhran keçirən təhçizatçılar yaxında Amal Qrupun ofisinin yerləşdiyi binanın qarşısında etiraz aksiyası keçirməyi planlaşdırırlar.

Poliqon.info


Geri qayıt