Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > “Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?Bu gün, 12:40 |
İş adamı Mübariz Mənsimova məxsus “Palsüd” şirkəti Lənkəran sakini Zaur Həsənova məxsus borcunu ödəmir. Onun sözlərinə görə, 2012-ci ildən “Palsüd” şirkətinə süd verməyə başlayıb. “Kənd-kənd gəzib süd alıb “Palsüd”ə verirdim” deyən Zaur Həsənovun sözlərinə görə, ilk illər işlər yaxşı gedib. Lakin 2016-cı ildən “Palsüd” məndən aldığı südün pulunu gecikdirməyə başlayıb. “Bu ay verərik”, “gələn ay verərik” deyə-deyə hər dəfə pulumu gecikdirdilər. Düşünürdüm ki, ola bilsin nəsə çətinlik var, düzələr. Amma 2017-ci ildə şirkətin mənə olan borcu şişərək 49 000 manat çatdı”, – deyə şikayətçi bildirib. Zaur Həsənov deyib ki, “Palsüd”ün rəhbərliyi yenə “yalan vədlərlə” borcu ödəməkdən yayınıb. “Mən də şirkətin təmsilçisi Fidan Quliyeva ilə əlaqə saxladım. Fidan xanım dedi ki, düzələcək. Amma düzəlmədi. Sonra Mübariz Mənsimov həbs olundu. O, həbsdən çıxdıqdan sonra Fidan xanım dedi ki, səbr edin düzələcək. Nəhayət, 2022-ci ildə bildirdi ki, sizə zəng edəcəklər. 3 ildən artıq vaxt keçib, mənə zəng edən olmayıb. Fidan xanım da zənglərə cavab vermir. Daha doğrusu nömrəmi bloka atıb”,- Zaur Həsənov deyib. Geri qayıt |