Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > Arkoz Holdinq... ÇOBANLARA QARŞI!
Arkoz Holdinq... ÇOBANLARA QARŞI!Bu gün, 12:23 |
Naxçıvanda bir qrup çoban Arkoz Holdinqdən şikayətçidir. Çobanların sözlərinə görə, holdingin tərkibində fəaliyyət göstərən “Rastfarm” MMC onları 5 ay işlədib, pullarını verməyib. Maaşlarını ala bilməyən çobanların əksəriyyəti işini atıb, qazanc dalıyca Türkiyəyə getməyə məcbur olub.
Hazırda qonşu ölkədə iş axtaran Rəsul Niyazov “Gündəlik Naxçıvan”a deyir ki, aidiyyəti şəxslərə dəfələrlə müraciət etsələr də nəticəsi olmayıb:
“ Qışın soyuğunda, çovğununda, yayın istisində, yazın, payızın yağışlı havalarında vəhşi heyvanlarla üz-üzə qalaraq, ilan-çayanlarla yatıb-duraraq şirkətə heyvan bəsləmişik. İki il maşımızı normal, vaxtlı-vaxtında ala bilmişik. Bu ilin yanvarından deyirlər ki, pul yoxdur. 6 aya yaxındır maaş verilmir. Deyirlər ki, pul yoxdur. Pul yoxdur, heyvanları satıb, maaşımızı versinlər. Bizim də ailəmiz, uşağımız var. Artıq onların üzünə baxa bilmirik. Bu səbəbdən məcbur olub, iş dalınca Türkiyəyə gəlmişik. Burda da iş tapmaq elə də asan deyil.”
Adının çəkilməsini istəməyən digər çoban isə, maaşını almaq ümidi ilə hələ də işinə davam etdiyini bildirir:
“Nə pulumuzu ala bilirik, nə də bu səbəbdən işdən də çıxa bilirik. İşlətmək istəmirlərsə, pulumuzu versinlər, çıxıb gedək Türkiyədə işləyək. Dükanlara olan borcumuz o qədər çoxalıb ki, daha onlar da bizə nisyə ərzaq verməkdən imtina edirlər. Deyirlər ki, ən azı bir hissəsini ödəyin sonra ərzaq verək. Dəfələrlə müdirlərə şikayət etsək də, nəticəsi olmayıb. Qalmışıq çarəsiz vəziyyətdə. Holding sabihi Emin Uçarı da görə bilmiriik ki, dərdimizi ona danışaq.Əziyyət çəkib işləmişik. Halal haqqımızı ala bilmirik. Arkoz Holding bizim maaşa göz dikib. Buradan aidiyyatı qurumlara, şirkət sahibinə sələnirik, bizə kömək edin! Bizi bu çarəsizlikdən qurtarın! ”
“Rastfarm” MMC Naxçıvanda kənd təsərrüfatı işləri ilə məşğul olur.
Geri qayıt |