Əsas Səhifə > Şou-biznes > "Çəki atdığım üçün sevə-sevə bir-bir o libasları geyinirəm"

"Çəki atdığım üçün sevə-sevə bir-bir o libasları geyinirəm"


Bu gün, 06:21

"Hələ istədiyim çəkiyə düşməyimə bir az var, 4-5 kiloqram da arıqlamalıyam. Yeddi aydır sağlam qidalanma ilə çəki atıram".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova "Xəzər axşamı" verilişində deyib. Müğənni bildirib ki, arıqlamağa onu qarderobunda illərlə saxladığı geyimlər sövq edib:

"Əynimdəki 15 ilin libasıdır. Çəki atdığım üçün sevə-sevə bir-bir o libasları geyinirəm. Qarderobumda elə libaslar var ki, onları saxlayıram. Çünki mənim üçün dəyərlidir. Bacıma, gəlinimizə, qızıma hədiyyə də edirəm. Amma elə libaslar var ki, onların dəyərini bildiyim üçün heç kimə vermirəm. Həmin libasları gözümün qarşısına qoyurdum və deyirdim ki, arıqlayacağam".


Geri qayıt